Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-388/2025 04.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X3 onun əridir. Belə ki, onlar 12 iyul 1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Onların rəsmi nikahından 6 (altı) uşaq-3 (üç) qız və 3 (üç) oğlan uşağı anadan olmuşdur. 3 (üç) uşağı-1 (bir) qız və 2 (iki) oğlan uşağı vəfat etmişdir. X5 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş və 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda vəfat etmişdir. Əri X2 rayonu, Babı kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onu da qeyd edir ki, X1 2003-cü ildə vəfat etməsi barədə Maraqlı şəxs Mərkəzi Xəstəxanasına məlumat verməmişlər. Eləcə də özlərinin səhlənkarlığı ucbatından, X6 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X6 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum X5nun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş X5nun 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8- 56//2025 saylı, 03 iyul 2025-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1950-ci ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş və Maraqlı şəxs, Böyük Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən təsdiq edilmiş “doğum qeydlərinin bərpa aktı”nın surətindən görünür ki, X10 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 19 aprel 2025-ci il tarixli arayışından görünür ki, X10 ilə Ərizəçi arasında 12 iyul 1973-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 04 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 345 saylı 02 aprel 2025-ci il tarixli arayışdan və Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Arayatlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 5-43-15/2-47/2025 saylı 09 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum X5 03 noyabr 2003-cü ildə ünvan 1 ünvanda vəfat etmiş və Füzuli rayonu, Babı kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Maraqlı şəxs Mərkəzi Xəstəxanası” X13 547 saylı, 07 aprel 2025-ci il tarixli arayışından görünür ki, X10 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda vəfat etmiş, Maraqlı şəxs Mərkəzi Xəstəxanası mərhuma ölüm haqqında şəhadətnamə (Forma 106) verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3/16- 5/8-12/033/2025 saylı, 19 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi X5nun ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası, X3 isə onun atasıdır. Onlar ailədə 6 (altı) uşaq-3 (üç) bacı və 3 (üç) qardaşı olmuşlar. Mərhum atası X10 XX.XX.1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş və 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda vəfat etmişdir. Mərhum atası X2 rayonu, Babı kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onu da qeyd edir ki, mərhum ataları Savalan kişi hər hansı ciddi xəstəlikdən əziyyət çəkməmişdir. Məhz özlərinin səhlənkarlığı ucbatından X6 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum atası X6 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X11 və X8 hər biri ayrı-ayrılıqda şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş, 12 iyul 1973-cü il tarixdə Ərizəçi ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur, yəni “X10” Ərizəçi əridir. Bundan başqa, X6 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ev şəraitində ölmüş və o, Füzuli rayonu, Babı kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bundan başaq, Ərizəçi 01 iyul 1943-cü il təvəllüdlü X5nun 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş X6 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X6 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş X6 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş X6 03 noyabr 2003-cü ildə ünvan 2 ünvanda ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1943-cü ildə Maraqlı şəxs, Böyük Mərcanlı kəndində anadan olmuş X6 03 noyabr 2003-cü ildə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Maraqlı şəxs Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-388/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-388/2025
04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver