Məhkəmə qərarları › İş №2(072)-406/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-406/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-406/2023 16.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X4 onun anası, X8 atasıdır. Onlar ailədə 9 (doqquz) uşaq olmuşlar. X2 1928-ci ildə Maraqlı şəxs, Yarəhmədli kəndində anadan olmuş və 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində vəfat etmişdir. Anası X1 rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum anası Mirvari xanım fiziki cəhətdən sağlam olmuş, səhhətində heç bir problem olmamış, lakin qocalıqdan vəfat etmişdir. Özlərinin səhlənkarlığı ucbatından, X3 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum X2nın ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 1928-ci il təvəllüdlü X2nın 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8xx/xx/2023 saylı, 25 iyul 2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1958-ci ildə Maraqlı şəxs, Yarəhmədli kəndində anadan olmuş və Maraqlı şəxs, Yarəhmədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 719 saylı, 05 aprel 2023-ci il tarixli arayışdan görünür ki, Ələkbərov X12 rayonu, 7 saylı qəsəbə, ev 189 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş evlənmə haqqında akt qeydinin surətindən görünür ki, X4 1928-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş arayışdan görünür ki, X8 ilə X4 arasında 08 may 1948-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 05/2-87-01 №-li, 31 yanvar 2014cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arayışının surətindən görünür ki, X8 ilə X3 birgə nikahından xx xxxxxxx 1958-ci ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur, yəni “X4” Ərizəçi anasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 964642 №-li, 16 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 oktyabr 2018-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 16 oktyabr 2018-ci il tarixdə 187 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs İcra Hakimiyyəti Başçısının Cəbrayıl Şəhər İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi mərhum X2 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində vəfat etmiş və Beyləqan rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 54 saylı, 01 may 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi X2nın ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X4 onun anası, X8 atasıdır. Onlar ailədə 9 (doqquz) uşaq olmuşlar. X2 1928-ci ildə Maraqlı şəxs, Yarəhmədli kəndində anadan olmuş və 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində vəfat etmişdir. Anası X1 rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum anası Mirvari xanım fiziki cəhətdən sağlam olmuş, səhhətində heç bir problem olmamış, lakin qocalıqdan vəfat etmişdir. Məhz özlərinin səhlənkarlığı ucbatından, X3 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. Qardaşı Ərizəçi X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi anaları X3 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X9 şahid X10 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X8 ilə X3 birgə nikahından xx xxxxxxx 1958-ci ildə “Ərizəçi” adında uşaqları anadan olmuş, yəni “X4” Ərizəçi anasıdır. Bundan başqa, X4 1928-ci ildə anadan olmuş, 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ev şəraitində ölmüş və o, Beyləqan rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bundan başaq, Ərizəçi 1928-ci il təvəllüdlü X2nın 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 1928-ci il təvəllüdlü X3 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X3 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 1928-ci il təvəllüdlü X3 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1928-ci il təvəllüdlü X3 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1928-ci il təvəllüdlü X3 02 mart 2002-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Maraqlı şəxs Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar