Məhkəmə qərarları › İş №2(072)-419/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-419/2024

07.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-419/2024 07.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 06 sentyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 05 avqust 2017-ci ildə “Selin” və 18 iyun 2018-ci ildə “Diana” adlı 2 (iki) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Mediasiya prosesi nəticəsində rəsmi nikahlarından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X2, 18 iyun 2018-ci il təvəllüdlü X3 Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsi barədə MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günədək barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu səbəbdən də, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, “tərəflərin rəsmi nikahından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X2, 18 iyun 2018-ci il təvəllüdlü X3 (ana) Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Ərizəçi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və ərizə tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Ərizəçi, o cümlədən Maraqlı şəxs iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ərizə tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1992-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş və Cəbrayıl rayonu, Mahmudlu stansiyasında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Maraqlı şəxs xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3/2023- 00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişi”nin surətindən görünür ki, tərəflərin rəsmi nikahından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X5, 18 iyun 2018-ci il təvəllüdlü X6 (ana) X1 yanında qalmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-469/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X2, 18 iyun 2018-ci il təvəllüdlü X3 cavabdeh (ana) X1 yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçı (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, cavabdeh (ana) X1 xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Ərizəçi ər-arvad olmuşlar, onların rəsmi nikahından 05 avqust 2017-ci ildə “Selin”, 18 iyun 2018-ci ildə “Diana” adlı 2 (iki) uşağı anadan olmuş və uşaqlar ərizəçi (ana) Ərizəçi himayəsindədirlər. Bundan başqa, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X5, 18 iyun 2018-ci il təvəllüdlü X6 (ana) X1 yanında qalmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) X1 xeyrinə ödənilməlidir. Bundan başqa, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmamışdır. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmaması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişi imzalandığı gündən 10 gün müddətində Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında “tərəflərin rəsmi nikahından anadan olmuş 05 avqust 2017-ci il təvəllüdlü X2, 18 iyun 2018-ci il təvəllüdlü X3 (ana) Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3/2023-00634 saylı, 19 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar