Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-504/2023 19.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X4 onun atasıdır. X5 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş və 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində vəfat etmişdir. Atası X2 rayonu, Qızılkənd kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum atası Bəhlul kişi “xərçəng” xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlikdən vəfat etmişdir. Onu da qeyd edir ki, onlar X5nun 2002-ci ildə vəfat etməsi barədə Maraqlı şəxs Mərkəzi Xəstəxanasına məlumat verməmişlər. Eləcə də özlərinin səhlənkarlığı ucbatından X5nun ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X6 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum X5nun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş X5nun 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8- 11/137/2023 saylı, 14 oktyabr 2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 22 avqust 1976-cı ildə ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1228 saylı, 25 iyul 2023-ci il tarixli arayışdan görünür ki, Həsənov X9 rayonu, 4 saylı qəsəbə, ev 236 ünvanda yaşayır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİ-ГЖ 303430 №-li Sovet Sosialist Respublikası X3 surətindən görünür ki, X12 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən müvafiq qaydada təsdiq edilmiş “Evlənmə aktının qeydi”nin surətindən görünür ki, Ərizəçi ilə X13 arasında 1966-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 17 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İV-ГЖ 370294 №-li, 30 avqust 1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 rəsmi nikahından 22 avqust 1976-cı ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur, yəni “X12” Ərizəçi atasıdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 820 saylı 18 oktyabr 2023-cü il tarixli arayış görünür ki, Ərizəçi mərhum X5 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində vəfat etmiş və İmişli rayonu, Qızılkənd kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Maraqlı şəxs Mərkəzi Xəstəxanası” X17 341 saylı, 25 iyul 2023-cü il tarixli məktubundan görünür ki, 1942-ci il təvəllüdlü X6 2002-ci ildə vəfat etməsi barədə xəstəxanaya müraciət edilmədiyinə görə ölümün hansı səbəbdən baş verdiyi bilinmədiyi üçün AZS 106 №-li forma verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3/16- 5/8-xx/xx/2023 saylı, 27 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi X5nun ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. Mərhum əri X12 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş və 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində vəfat etmişdir. Eyni zamanda bildirir ki, mərhum əri Bəhlul kişi Bəhlul kişi “xərçəng” xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlikdən vəfat etmişdir. Mərhum əri X2 rayonu, Qızılkənd kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, X1 2002-ci ildə vəfat etməsi barədə Maraqlı şəxs Mərkəzi Xəstəxanasına məlumat verməmişlər. Məhz özlərinin səhlənkarlığı ucbatından X6 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum əri X6 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X10 şahid X8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X12 ilə X7 rəsmi nikahından 22 avqust 1976-cı ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur, yəni “X12” Ərizəçi atasıdır. Bundan başqa, X12 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş və 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ev şəraitində ölmüş və o, İmişli rayonu, Qızılkənd kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bundan başaq, Ərizəçi 07 fevral 1942-ci il təvəllüdlü X5nun 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş X6 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X6 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş X6 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş X6 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 fevral 1942-ci ildə Maraqlı şəxs, Mirzəcanlı kəndində anadan olmuş X6 07 avqust 2002-ci ildə Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən Fin şəhərciyində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Maraqlı şəxs Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-504/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-504/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver