Məhkəmə qərarları › İş №2(072)-546/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-546/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-546/2023 01.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, X8 ilə 05 may 1998-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 28 avqust 1997-ci ildə “Muğan”, 25 mart 2000-ci ildə “Xalidə” və 30 iyun 2005ci ildə “Şüşəngül” adlı 3 (üç) uşağı anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, yeni yaşayış sahəsində yaşayır. X4 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. Qızları X2 rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum qızları Şüşəngül “bağırsaq infeksiyası” xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlikdən vəfat etmişdir. Onu da qeyd edir ki, X1 2005-ci ildə vəfat etməsi barədə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına məlumat verməmişlər. Eləcə də, özlərinin səhlənkarlığı ucbatından X5 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X5 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum X3nın ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş qızı X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8- 11/138/2023 saylı, 28 oktyabr 2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1971-ci ildə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş və Cəbrayıl rayonu, Şahvəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Vİ-ЖГ 457372 №-li, 05 may 1998-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında 05 may 1998-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 03 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Fətəliyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 632817 №-li, 29 iyul 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 rəsmi nikahından 30 iyun 2005-ci ildə “X9” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 2189 saylı, 28 iyul 2023-cü il tarixli arayış görünür ki, Ərizəçi mərhum qızı X9 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X20 907 saylı, 01 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X5 25 aprel 2007-ci ildə vəfat etməsi barədə xəstəxanada heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3/16- 5/8-11/117/2023 saylı, 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qızı X5 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əridir. Belə ki, onlar 05 may 1998-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Rəsmi nikahlarından 28 avqust 1997-ci ildə “Muğan”, 25 mart 2000-ci ildə “Xalidə” və 30 iyun 2005-ci ildə “Şüşəngül” adlı 3 (üç) uşağı anadan olmuşdur. X9 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş və 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. Qızları X2 rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onu da qeyd edir ki, mərhum qızları Şüşəngül “bağırsaq infeksiyası” xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlikdən vəfat etmişdir. X1 2005-ci ildə vəfat etməsi barədə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına məlumat verməmişlər. Məhz özlərinin səhlənkarlığı ucbatından X5 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etsə də, lakin Maraqlı şəxs tərəfindən onlara ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etmələri bildirilmişdir. Mərhum qız uşaqları X5 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X18 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X7 rəsmi nikahından 30 iyun 2005-ci ildə “X9” adında uşaqları anadan olmuşdur, yəni “X9” Ərizəçi qızıdır. Bundan başqa, X9 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş və 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ev şəraitində ölmüş və o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bundan başaq, Ərizəçi 30 iyun 2005-ci il təvəllüdlü övladı X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 iyun 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X5 25 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar