Məhkəmə qərarları › İş №2(072)-553/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-553/2025

17.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-553/2025 17.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Maraqlı şəxs ilə 18 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 24 fevral 2017-ci ildə “Səriyyə” və 30 yanvar 2021-ci ildə “Fidan” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Lakin rəsmi nikahlarına xiatm verilməmişdir. Bununla yanaşı, rəsmi nikahlarından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi barədə mediasiya prosesi nəticəsində MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günədək barışıq sazişinin “alimentin ödənilməsi” hissəsini könüllü şəkildə icra etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu səbəbdən də, o, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, “rəsmi nikahlarından anadan olmuş 24 fevral 2017ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair...” mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizə tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, ərizəçi şəxs Ərizəçi ilə 18 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 24 fevral 2017-ci ildə “Səriyyə”, 30 yanvar 2021-ci ildə “Fidan” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Lakin rəsmi nikahlarına xiatm verilməmişdir. Bununla yanaşı, rəsmi nikahlarından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay özünün qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsi barədə mediasiya prosesi nəticəsində MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin müəyyən səbəblərə görə o, bu günədək barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Bu səbəbdən də, o, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə etiraz etmir. Bütün bunları nəzərə alaraq, “rəsmi nikahlarından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair...” mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Ərizəçi xx xxxx 1997-ci ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş və Cəbrayıl rayonu, Xələfli Stansiyasında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Maraqlı şəxs xx xxxxxxxx 1989-cu ildə Cəbrayıl rayonu, Xələfli Stansiyasında anadan olmuş və Cəbrayıl rayonu, Xələfli Stansiyasında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 060660 №-li, 18 iyun 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 18 iyun 2015-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 156 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 920255 №-li, 09 mart 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikahından 24 fevral 2017-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 568875 №-li, 23 fevral 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikahından 30 yanvar 2021-ci ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi”ndən görünür ki, tərəflərin rəsmi nikahından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməlidir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Ərizəçi ərarvaddırlar və onların rəsmi nikahından 24 fevral 2017-ci ildə “Səriyyə”, 30 yanvar 2021-ci ildə “Fidan” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Bundan başqa, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməlidir. Bundan başqa, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmamışdır. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmaması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi imzalandığı gündən 10 gün müddətində Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında “tərəflərin rəsmi nikahından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X1 və 30 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair...” mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar