Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1133/2024 29.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəlilabad rayonu, Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinə qarşı 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin direktoru Ramin Şükürovun 06 noyabr 2023-cü il tarixdə 66 nömrəli əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxx *968-ci ildə Cəlilabad rayonu Maşlıq kəndində anadan olmuşdur. 30 ilə yaxındır ki, Cəlilabad rayonu Mikayıllı kəndi tam orta məktəbində xadiməçi vəzifəsində işləyir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, o və işə götürən həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər götürmüşlər və o, üzərinə düşən həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin həmin məktəbin direktoru Ramin Şükürov ona qarşı qərəzli olduğu üçün 03 noyabr 2023-cü il tarixdə, 66 nömrəli əmrlə onu işdən azad etmişdir. Belə ki, Ramin Şükürov onun işdə qalması üçün ondan 3000 manat pul istəmiş, vermədiyi təqdirdə həmin işə digər şəxsi götürəcəyini bildirmiş, bundan sonra aralarında narazılıqlar yaranmış, ona qarşı hədə və təyziqlər göstərmişdir. Bunu digər xadimə işləyən işçilər də təsdiq edə bilərlər. Ona gündəlik tabel kitabına imza etməyə imkan verməmiş, kitabı ondan almışlar, bunu da təsərrüfat müdiri İmanəli Əliyev tapşırıqla etmişdir. 03 noyabr 2023-cü il tarixdə yenə səhər işə gələndə digər işçilərdən sonra tabel kitabına imza atmaq istəyərkən təsərrüfat müdiri İmanəli Əliyev kitabı götürmüş, mübahisə edərkən X*4 ora gəlmiş və onun işdən çıxdığını, işə gəlməməsini və məktəbi tərk etməsini bildirmişdir. Həmin vaxt aralarında mübahisə olmuş, Ramin Şükürov onu itələyib yıxmış və onun halı pisləşmişdir. Arvadının müraciəti ilə təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərilmişdir. Sonrakı günlərdə işə gedərkən direktor onun işdən çıxdığını bildirmişdir. Bununla bağlı o, Cəlilabad təhsil şöbəsində olmuş, orada heç kim onu işdən çıxarmadığını ona bildirilmişdir. Daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsində olmuş, eynilə işdən çıxarılmadığı və işdə olarkən həmin günü işlədiyini sübut olunsun deyə şəkil və ya video çəkməsi ona izah olunmuşdur. O, 28 noyabr 2023-cü il tarixədək məktəbdə işləmişdir. X8 əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad etmişdir. X5 qarşı qərəzli mövqeyi, onun barəsində verilən əmri ona qanunla nəzərdə tutulmuş qaydada və müddətdə göndərməməsi ilə də öz təsdiqini tapır. Belə ki, o, Ramin Şükürova şifahi və telefon vasitəsi ilə etdiyi müraciətlərdən sonra, onun işdən çıxarılması barədə 03 noyabr 2023-cü il tarixli, 66 nömrəli əmri 28 noyabr 2023-cü il tarixdə həmin məktəbdə işləyən əmisi oğlu qonşusuna verib getmiş, sonra qonşusu ona çatdırmışdır. O, həmin əmri rəsmi sənədə imza etmədən qəbul etmişdir. Həmçinin, onun əmək kitabçası da ona göndərilməmiş, nə də ki, təqdim edilməmişdir. 2023-cü ilin noyabr və dekabr aylarında o və arvadı dəfələrlə aidiyyatı orqanlara müraciət etmiş, işə bərpa olunmasını, qanunsuz işdən çıxarılmasına görə tədbir görülməsini xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra o, işə bərpa olunması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və ilkin mediasiya sessiyasının keçirilmə vaxtı 24 yanvar 2024-cü il tarixə saat *2:00-a təyin edilmiş, lakin cavabdeh təşkilat tərəfindən ilkin mediasiya sessiyasına gələn olmamışdır. Mediasiyanın arayışı 2024-cü ilin fevral ayının axırlarında ona göndərilmiş və bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmamışdır. Onun işdən çıxması ilə bağlı tərtib edilmiş sənədlər, o cümlədən onun işə getməməsi, həmkarların akt və protokolları məktəbin direktorunun tapşırığı ilə qərəzli olaraq tərtib edilmişdir. Belə ki, o, işdə olduğu vaxt aktlar tərtib olunmuş, həmçinin həmkarların aktı və protokolu tərtib olunan vaxt ona bildirilməmiş və həmin tarixlərdə o, işdə olmuşdur. Həmin gün ona olunan təzyiqlərə görə ürəyində narahatlıq yaranmış, halı pisləşmiş və onu təcili tibbi yardım maşını məktəbdən götürüb xəstəxanaya aparmışdır. Həmin tarixdə həmkarların iclas protokolu tərtib olunmuşdur. Bu səbəbdən də o, barəsində çıxarılmış Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 nömrəli əmrini əsassız və qanusuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X*3 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, *5 yanvar 20*5-ci il tarixdən Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Cavabdeh İddiaçı məktəbdə direktor vəzifəsində işlədiyi vaxtdan tanımışdır. İddiaçı 30 oktyabr 2023-cü il tarixdə məktəbə gələrək ona bildirmişdir ki, “mən öz heyvanlarımı otaracam, istədiyim vaxt işə gəlib gedəcəm, 30 ildir burda işləyirəm, istədiyim kimi hərəkət edərəm”. İddiaçı bununla bağlı dəfələrlə xəbərdarlıq etmişdir. Bundan əlavə İddiaçı dəfələrlə heç bir əsas və səbəb göstərmədən işə gəlməmişdir. İddiaçı özbaşnalığı, mütamadi olaraq işə gəlməməsi və yaxud işdən vaxtından əvvəl çıxması digər işçilərdə də narazılıqlar yaratmışdır. Təsərrüfat müdiri X*7 Məmmədovun işə çıxmaması barədə təqdimatla ona müraciətlər etmiş və bu barədə müvafiq aktlar da tərtib olunmuşdur. Bundan sonra o, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Həmkarlar Təşkilatına müraciət etmiş və İddiaçı işdən azad edilməsi barədə gündəlik məsələyə iclasda baxılmış, işdən azad edən komissiyasının 03 noyabr 2023-cü il tarixli, 5 saylı protokolu ilə İddiaçı dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq heç bir üzrlü səbəb qeyd etmədən mütamadi olaraq işdə olmadığından, İddiaçı * ştat vahidi xadimə işinin dayandırılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə 03 noyabr 2023-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. İddiaçı onun barəsində qeyd etdikləri yanlış və əsassızdır. Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 06 noyabr 2023-cü il tarixli, 66 nömrəli əmri rəsmi qaydada İddiaçı göndərilmiş, lakin iddiaçının həmin əmri alması barədə sübut yoxdur. Qeyd edilənlərin, iddia müddətinin ötürülməsinin nəzərə alınaraq iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı xidmətçi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq, işə gəlməmək hallarına yol vermiş və üzərinə düşən işləri görməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı onun əridir. O, əri İddiaçıla birlikdə Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə işləmişlər. Məktəbin direktoru Ramin Şükürov onlardan qərəzli olduğu üçün onu və ərini işdən çıxarması barədə hədələr gəlmişdir. Bundan əlavə məktəbin direktoru Ramin Şükürov və təsərrüfat müdiri İmanəli Əliyev onun üstünə hücum etmişlər. Onlar hər gün ər-arvad iş günləri işdə olmuşlar və işdə olmalarını telefon vasitəsi ilə video çəkilişlə lentə almışlar. 03 noyabr 2023-cü il tarixdə o, və əri İddiaçı həmişə olduğu kimi yenə səhər işdə olmuşlar, həmin vaxt tabel kitabına imza atmaq istəyərkən təsərrüfat müdiri İmanəli Əliyev kitabı götürmüş və onların tabel kitabına imza atmalarına imkan verməmişlər. Təsərrüfat müdiri İmanəli Əliyevlə aralarında mübahisə olmuş, sonra X*4 ora gəlmiş və əri İddiaçı işdən çıxarıldığını, işə gəlməməsini və məktəbi tərk etməsini bildirmişdir. Həmin vaxt Ramin Şükürovla da aralarında mübahisə olmuş, Ramin Şükürov əri İddiaçı itələyib yıxmış və əri İddiaçı halı pisləşmişdir. Bundan sonra o, təcili tibbi yardım şöbəsinə müraciət etmiş və təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmışlar və orada ona tibbi yardım göstərilmişdir. Bundan istifadə edən məktəbinin direktoru Ramin Şükürov elə həmin gün, yəni 03 noyabr 2023-cü il tarixdə Həmkarlar Təşkilatına göstəriş vermiş və əri İddiaçı işdən azad edilməsi barədə gündəlik məsələyə iclasda baxılmış, işdən azad edən komissiyasının 03 noyabr 2023-cü il tarixli, 5 saylı protokolu ilə İddiaçı * ştat vahidi xadimə işinin dayandırılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə 03 noyabr 2023-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. İddiaçı da Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin xadiməçisi vəzifəsində işləyir. İddiaçı dəfələrlə iş buraxmış, işə vaxtında gəlməmiş və bu səbəblərdən də məktəbin daxili və ərazisi natəmiz vəziyyətə düşmüşdür. Bu vəziyyəti gördükdən sonra o, məktəbin direktoru Ramin Şükürova təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyir. İddiaçı Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbinin xadiməçisi vəzifəsində işləyir. Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin direktoru Ramin Şükürov ona məktub göndərmiş, İddiaçı 0* noyabr 2023-cü il tarixdə gəlib izahat verməli olduğu halda, izahat verməyə gəlməmişdir. 03 noyabr 2023-cü il tarixdə Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Həmkarlar Təşkilatının iclası keçirilmiş və həmin iclasda İddiaçı * ştat vahidi xadimə işinin dayandırılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə 03 noyabr 2023-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin və şahidlərin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 0* sentyabr 2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbində xadiməçi vəzifəsinə təyin edilməklə müddətsiz əmək müqaviləsi bağlanılmış və onun aylıq əmək haqqı 54 manat müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin direktoru Ramin Şükürov tərəfindən Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Həmkarlar Təşkilatının sədri Xaləddin Rüstəmova ünvanlanmış tarixsiz və nömrəsiz məktubdan görünür ki, məktəbin xadiməsi İddiaçı işdə yol verdiyi nöqsanları və işə gəlib-getməməsi ilə bağlı dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq işə çıxmamış, müntəzəm olaraq əmək intizamının pozulmasına yol vermişdir. İddiaçı yol verdiyi nöqsanları Həmkarlar Təşkilatının iclasında müzakirə edib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Həmkarlar Təşkilatının işdən azad edən komissiyasının 03 noyabr 2023-cü il tarixli, 5 saylı protokolundan görünür ki, məktəbin xadiməsi İddiaçı işdən azad edilməsi barədə gündəlik məsələyə baxılmış, İddiaçı dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq heç bir üzrlü səbəb qeyd etmədən mütamadi olaraq işdə olmamışdır. Bununla əlaqədar olaraq İddiaçı * ştat vahidi xadimə işinin dayandırılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə 03 noyabr 2023-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi barədə Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, 03 noyabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Cəlilabad rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş ** dekabr 2023-cü il tarixli, *8-*-32/2-*803/2023 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Mikayıllı kənd sakini İddiaçı 03 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə “Hipertoniya” diaqnozu ilə müraciət etmiş, xəstə müvafiq tibbi yardım almış və kafi vəziyyətdə evə yazılmışdır. İşdə olan Masallı * saylı Mediasiya Təşkilatının ** yanvar 2024-cü il tarixli, MŞM/MT036/2024-00026 saylı ilkin mediasiya sessiyası barədə bildirişindən görünür ki, İMS-nin keçirilmə vaxtı 24 yanvar 2024-cü il tarixə saat *2:00-a təyin edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi arasında bağlanmış 0* sentyabr 2005-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə vəzifəsinə təyin edilmiş və Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmri ilə Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbinin xidmətçi vəzifəsindən azad edilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi barədə Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, 03 noyabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmrin İddiaçı rəsmi qaydada çatdırılması barədə hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında araşdırılan izahatlar və digər sübutlarla İddiaçı əsaslı olaraq vəzifəsinə xitam verilməsi öz təsdiqini tapmır, belə ki, onun işə gəlməməsi əks olunmuş akt və protokollar nə vaxt və hansı şəraitdə tərtib olunduğu, müvafiq qaydada təsdiq olunmaması buna əsas verir. Həmçinin, İddiaçı əmri verilən gün işdə olması, daha sonra təcili tibbi yardımla xəstəxanaya aparılması və onun iştirakı olmadan həmin gün həmkarlar təşkilatının 03 noyabr 2023-cü il tarixli protokol-qərarla İddiaçı * ştat vahidi xadimə işinin dayandırılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə 03 noyabr 2023-cü il tarixdən xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmişəmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinəəsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2-ci maddəsinin a və b bəndlərinə əsasən əmək münasibətləri sahəsində işə götürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işə götürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin *86-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işə götürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar mövcud olduqda əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 76-cı maddəsinin *-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsinin *-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin *-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçı yalnız 28 noyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini qonşusu vasitəsi ilə əldə etmiş, bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş və 28 mart 2024-cü il tarixdə məhkəməyə əmrin etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin *-ci bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi İddiaçı 03 noyabr 2023-cü il tarixdə işdən azad olunmuş, əmrin surətini aldığı vaxtdan * ay müddətində mediasiya təşkilatına müraciət etmiş və həmin əmri mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinəəsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinəəsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılmasıüzrəöhdəliklərini yerinə yetirməməsi və “e” bəndinəəsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilməmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin vəzifəsidir. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi İddiaçı cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinə qarşı 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbində haqlıdır və iddiaçı qanunsuz olaraq vəzifəsindən kənardaşdırılmışdır. Ona görə də Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmr etibarsız hesab edilməli və iddiaçı Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə vəzifəsinə bərpa olunmalı, iddiaçı Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə vəzifəsinə bərpa olunmalı və İddiaçı 03 noyabr 2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddətinə görə əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə…
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmr etibarsız hesab edilsin. İddiaçı Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə vəzifəsinə bərpa olunsun və İddiaçı 03 noyabr 2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddətinə görə əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev