Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-115/2023 11.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu X2 xx.xx.1992-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 xx.xx.1992-ci ildə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 04 oktyabr 1985-ci ildə ailə həyatıqurub.Birgə nigahlarından 22 mart 1992-ci il tarixində bir oğlan övladı olub və onun adını Nemət qoyublar.Bu barədə Muğan kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixli 63№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Övladı 7 aylıq körpə olduqda 25 oktyabr 1992-ci ildə vəfat etmişdir. Mərhumu Maşlıq kənd qəbristanlığında yaxın qohumlarının dəfn olunduğu ərazidə dəfn etmişlər. Dəfindən sonra sadə məzar daşı qoyulmuşdur. Hüzür məclisin kənd camaatının iştirakı ilə keçirmişlər. Hadisənin ailələri üçün sarsıntısı və qaydaları bilməməyləri səbəbindən mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibb sənədini almamışlar.Bele ki, vaxtında ölüm akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmələrdə Nemətin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bunun üçündə Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun onun bacısıdır. Bacısı Mailə 04 oktyabr 1985-ci ildə Akif İslamov ilə evlənmişdir. X8 isə Mailənin oğludur. Nemət Qubadov 22 mart 1992-ci ildə doğulmuşdur. Lakin xəstə olduğu üçün çox yaşaya bilməmişdir. Belə ki, ərizəçinin oğlu Nemət Qubadov 25 oktyabr 1992-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Vəfatından sonra onu Cəlilabad rayonu Maşlıq qəbristanlığında dəfn edilmişdir. X2 25 oktyabr 1992-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun baldızıdır. X8 baldızı Mailənin oğludur. Nemət Qubadov 22 mart 1992-ci ildə doğulmuşdur. Lakin xəstə olduğu üçün çox yaşaya bilməmişdir. Belə ki, Nemət Qubadov 25 oktyabr 1992-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Vəfatından sonra onu Cəlilabad rayonu Maşlıq qəbristanlığında dəfn edilmişdir. X2 25 oktyabr 1992-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində vəfat etməsini təsdiq edir. İşdə olan Cəlilababad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyun 2022ci il tarixli, 362/12 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 22 mart 1992-ci ildə tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində doğulmuşdur, atası X6, anası Ərizəçidır. İşdə olan Cəlilababad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2022ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 04 oktyabr 1985-ci ildə nikahlarını rəsmiləşdirmişdirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli məktubdan görünür ki, X5 xx.xx.1992-ci il tarixində anadan olmuş və xx.xx.1992-ci il tarixində vəfat etmişdir. Maşlıq kənd qaristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin mərhum övladı X5 22 mart 1992-ci il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, 25 oktyabr 1992-ci il tarixdə yaşadığı Cəlilabad rayonu, Maşlıq kənd qəbristanlığında dəfn etmişlər. Hadisənin ailələri üçün sarsıntısı və qaydaları bilməməyləri səbəbindən mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibb sənədini almamışlar.Bele ki, vaxtında ölüm akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmələrdə Nemətin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bunun üçündə ölən oğlu Nemətə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə mərhum oğlu Nemət Qubadovun ölüm haqqında şəhadətnaməsinin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, 22 mart 1992-ci il tarixdə doğulmuş X2 25 oktyabr 1992-ci ildə Cəlilabad rayonu , Maşlıq kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi övladı 22 mart 1992-ci il tarixdə doğulmuş X2 25 oktyabr 1992-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-115/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-115/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver