Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1312/2025 04.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00227 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, dörd uşağa görə 400 manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, 29 dekabr 2009-cu il tarixdə Cəlilabad şəhərdində doğulmuşdur. Maraqlı şəxs el adətinə uyğun toy edib ailə qurmuşlar və nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. O, Maraqlı şəxs əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs onlara baxmadığı üçün və uşaqlarının maddi cəhətdən tələbatlarını ödəmədiyindən o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxsla aralarında xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00227 saylı barışıq sazişi bağlamışlar. Lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən tam icra edilməmişdir. Sonda ərizəçi qeyd edilənlərə əsasən Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00227 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə 400 manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE 11557913 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Belə ki, işdə olan AZE 11557899 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Belə ki, işdə olan AZE 11557913 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Belə ki, işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00227 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə aliment mübahisəsinə Masallı 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, dörd uşağa görə 400 manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində aliment pulunu birinci tərəf Ərizəçi hər ayın 01-də nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi ailə qurmuşlar. Onların birgə nikahından uşaqları xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 13 mart 2025-ci il tarixdə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində MŞM/MT036/2025- 00227 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, dörd uşağa görə cəmi 400 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üzrə hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, 18 mart 2025-ci il tarixdən alimentin tutulmasına başlayaraq Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00227 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 18 mart 2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 13 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00227 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 18 mart 2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1312/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1312/2025
04.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver