Məhkəmə qərarları › İş №2(073)-138/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-138/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-138/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mərhum oğlu X3 xx.xx.2008-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 xx.xx.2008-ci ildə Cəlilabad rayon, Uzuntəpə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, oğlu X6 23 fevral 1983-cü ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində anadan olmuşdur. Sonradan Uzuntəpə kəndinə köçüb burada yaşayıblar. Mərhum oğlu da onlarla birlikdə yaşamış, Uzuntəpə kəndində təhsil almışdır. Mərhum oğlu 31 iyul 2008-ci ildə vəfat edib və onu Uzuntəpə kənd qəbristanlığında dəfn etmişlər və məzar daşı qoyulmuşdur. Mərhumun vəfat etməsi və dəfn olunması barədə Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-nin arayışı vardır. Yas məclisi kənd camaatının iştirakı ilə keçirilmişdir. Eyni zamanda yas məclisində iştirak edən kənd camaatından bir çoxu ölüm faktıyla bağl şahidlik edə bilərlər. Hadisənin ailələri üçün sarsıntısı və qaydaları bilməmələri səbəbindən mərhumun ölüm şəhadətnaməsini almamışlar. Bele ki, vaxtında ölüm akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmələrdə Zahirin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bunun üçün də Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. X8 Həsənin oğludur. Həsənov Zahir 23 fevral 1983cü ildə doğulmuşdur. Lakin xəstə olduğu üçün çox yaşaya bilməmişdir. Belə ki, ərizəçinin oğlu Zahir Həsənov 31 iyul 2008-ci ildə vəfat etmişdir. Vəfatından sonra onu Cəlilabad rayon Uzuntəpə kənd qəbristanlığında dəfn edilmişdir. X3 31 iyul 2008-ci il tarixdə Cəlilabad rayon Uzuntəpə kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. X8 Həsənin oğludur. Həsənov Zahir 23 fevral 1983-cü ildə doğulmuşdur. Lakin xəstə olduğu üçün çox yaşaya bilməmişdir. Belə ki, ərizəçinin oğlu Zahir Həsənov 31 iyul 2008-ci ildə vəfat etmişdir. Vəfatından sonra onu Cəlilabad rayon Uzuntəpə kənd qəbristanlığında dəfn edilmişdir. X3 31 iyul 2008-ci il tarixdə Cəlilabad rayon Uzuntəpə kəndində vəfat etməsini təsdiq edir.İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilmədi. İşdə olan Cəlilabad rayon Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli 1735 nömrəli arayışdan görünür ki, X1 rayon, Uzuntəpə kəndində qeydiyyatda olmuş və atasının dediyinə görə 31 iyul 2008-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin mərhum övladı X6 23 fevral 1983-cü ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində anadan olmuşdur. Sonradan Uzuntəpə kəndinə köçüb orada yaşamışlar. Mərhum oğlu da onlarla birlikdə yaşamış, Uzuntəpə kəndində təhsil almışdır. Mərhum oğlu 31 iyul 2008-ci ildə vəfat etmiş və onu Uzuntəpə kənd qəbristanlığında dəfn etmişlər. Mərhumun vəfat etməsi və dəfn olunması barədə Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-nin arayışı vardır. Bunun üçündə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə mərhum oğlu Zahir Həsənovun ölüm haqqında şəhadətnaməsinin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, 23 fevral 1983-cü il tarixdə doğulmuş X3 31 iyul 2008-ci ildə Cəlilabad rayonu , Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi övladı 23 fevral 1983-cü il tarixdə doğulmuş X3 31 iyul 2008-ci ildə Cəlilabad rayonu , Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar