Məhkəmə qərarları › İş №2(073)-1390/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1390/2025

06.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1390/2025 06.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞL/MT036/2025-00193 nömrəli barışıq sazişinə əsasən 02 may 2014-cü il tarixdə doğulmuş övladı X1 Maraqlı şəxs alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə xx.xx.2014-cü il tarixində ailə qurmuşlar. Nikahlarını isə 11 iyul 2014-cü ilədə rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 may 2014-cü il tarixdə X4 doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(073)-318/2022 saylı qətnaməsi ilə nikahları pozulub birgə nikahlarından 02 may 2014-cü il tarixdə doğulmuş X1 anası Maraqlı şəxs yanında qalması müəyyən edilmişdir. Sonradan Maraqlı şəxs ilə aralarında razılığa gələrək 02 may 2014-cü il tarixdə doğulmuş qızı X1 onun (iddiaçının) yanında qalmasına dair razılığa gəlmişlər. Uşağın onun himayəsinə verilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00193 saylı barışıq sazişi imzalamışlar. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00193 saylı barışıq sazişinin təsdiq edilməsi, 02 may 2014-cü il tarixdə X4m Maraqlı şəxs ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, 27 yanvar 2025-ci ildən bəri Mirsəkinə onun (iddiaçının) yanında qalır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00193 nömrəli Barışıq Sazişindən görünür ki, həmin sazişlə müəyyən olunmuşdur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-318/2022 saylı qətnaməsi ilə tərəflərin - Maraqlı şəxs və Ərizəçi birgə uşağı xx.xx.2014-cü il təvəllüdlü X4 1-ci tərəf anası Maraqlı şəxs Sabir qızının yanında qalmaqla onun himayəsinə verilmişdir. Lakin tərəflər 03 mart 2025-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X1 2-ci tərəf atanın Ərizəçi yanında qalması mübahisəsini müəyyən etmək üçün könüllü olaraq mediasiyaya müraciət etmişlər. Odur ki, xx.xx.2025-ci il tarixdə tərəflərlə həmin mübahisə üzrə mediasiya prosesi keçirilmiş və tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: 1- l-ci tərəf ana Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 2-ci tərəf atası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməsinə etiraz etmir. 2-ci tərəf ata Ərizəçi xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qalmaqla himayəsində saxlanılmasını öhdəsinə götürür. 1-ci tərəf Maraqlı şəxs uşaqla ünsiyyətdə olmaq məqsədi ilə 2025-ci ilin mart ayından başlayaraq hər həftənin şənbə günü 2-ci tərəf Ərizəçi yaşadığı evə gedərək xx.xx.2014-cü il təvəllüdlü qızı X4 ilə saat 10:00 dan-12:00 kimi ünsiyyətdə olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs yanında yaşayan 02 may 2014-cü il təvəllüdlü X1 Ərizəçi yanında qalmasına dair tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT036/2025- 00193 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar