Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1487/2025 28.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 16 noyabr 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-1619 saylı barışıq sazişinin təsdiq edilməsi, 27 iyul 2015-ci il təvəllüdlü X3, 08 oktyabr 2016-cı il təvəllüdlü X2 və 14 fevral 2020-ci il təvəllüdlü X4 18 yaşları tamam olanadək ananın razılığı olmadan ölkədən kənara aparıb-gətirilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, Maraqlı şəxs ilə ailə qurmuşlar, lakin nikahları 26 fevral 2025-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Birgə yaşadıqları dövrdə uşaqları 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Maraqlı şəxs ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs ilə 16 noyabr 2024-cü il tarixli mediasiya prosesində MŞL/MT014/2024-1619 saylı barışıq sazişi imzalamışlar. Maraqlı şəxs, razılaşmalarına əsasən uşaqların ölkədən kənara aparıbgətirməsinə ona icazə verməyi öhdəsinə götürmüş, lakin sazişi imzaladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Maraqlı şəxs ilə 16 noyabr 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-1619 saylı barışıq sazişinin təsdiq edilməsi, 27 iyul 2015-ci il təvəllüdlü X3, 08 oktyabr 2016-cı il təvəllüdlü X2 və 14 fevral 2020-ci il təvəllüdlü X4 18 yaşları tamam olanadək ananın razılığı olmadan ölkədən kənara aparıb-gətirilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 416/12 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 iyul 2015-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 418/12 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 oktyabr 2016-cı il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 417/12 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 fevral 2020-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 noyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-1619 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesi dövründə tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs 03 fevral 2017-ci il tarixli nikahın davam etdirilməsinə razı olmadılar, tərəflər nikahın pozulmasına razılaşdılar. Tərəflər 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqların ataları Ərizəçi yanında saxlanılmasına razılaşdılar, ikinci tərəf Maraqlı şəxs uşaqların atalarının yanında qalmasına etiraz etmir. Birinci tərəf Ərizəçi bu sazişi imzalamaqla birgə nikahlarından anadan olmuş 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 ilə anaları Maraqlı şəxs hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-a kimi ünsiyyət hüququ verir. Birinci tərəf Ərizəçi bu sazişi imzalamaqla ikinci tərəf Maraqlı şəxs məxsus 5 ədəd qızıl üzük, 1 ədəd qızıl kişi nişan üzüyü, bir cüt qızıl sırğa, 1 ədəd aypara qızıl klon, 1 ədəd qızıl “yusif” yazılı bilərzik, 1 ədəd qadın qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı üzərində “Aysel” yazılmış klon qızıllarını tərəflər aralarında məhkəmədə olacaq nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Ərizəçi tərəfindən Maraqlı şəxs qaytaracağına öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqların təhsilləri ilə bağlı məsələləri onun razılığı olmadan ataları Ərizəçi qərar verilməsinə razılıq verir. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqların istirahətləri ilə bağlı uşaqların xarici ölkəyə aparılması və gətirilməsi ilə bağlı onun razılığı olmadan Ərizəçi icazə verməsinə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla ona məxsus Ərizəçi olan cehiz əmlaklarını uşaqlarının istifadə etmələri üçün imtina edir və həmin əmlak üzrə heç bir iddiası və tələbi yoxdur. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikah dövründə əldə edilmiş əmlakdan imtina edir, həmin əmlaka dair heç bir iddiası və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(073)-378/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Cəlilabad rayon Şatırlı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 03 fevral 2017-ci il tarixli, 4 saylı nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 27 iyul 2015-ci il təvəllüdlü X3, 08 oktyabr 2016-cı il təvəllüdlü X2 və 14 fevral 2020-ci il təvəllüdlü X4 iddiaçı Ərizəçi yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuşlar, lakin nikahları Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(073)-378/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından uşaqları 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Sonradan tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra tərəflər 16 noyabr 2024-cü il tarixli mediasiya prosesində MŞL/MT014/2024-1619 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Maraqlı şəxs 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqların istirahətləri ilə bağlı uşaqların xarici ölkəyə aparılması və gətirilməsi ilə bağlı onun razılığı olmadan Ərizəçi icazə verməsinə öhdəlik götürmüş, lakin sazişi imzaladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 16 noyabr 2024-cü il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrası tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 noyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-1619 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 noyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-1619 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilsin. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 27 iyul 2015-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X5 və 14 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqların istirahətləri ilə bağlı uşaqların xarici ölkəyə aparılması və gətirilməsi ilə bağlı onun razılığı olmadan Ərizəçi icazə verməsinə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1487/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1487/2025
28.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver