Məhkəmə qərarları › İş №2(073)-1569/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1569/2025

02.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1569/2025 02.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediator X1 iştirakı ilə 16 iyun 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, ərizəsində qeyd etmişdir ki, hazırda 2(073)-1569/2025 saylı işin baxılması Sizin icraatınızdadır. 2(073)-1569/2025 saylı iş üzrə tərəfindən verilmiş iddia ərizənin xahiş edirəm hissəsində barışıq sazişində yalnız nikahın pozulması icra olunmuşdur. 2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf; Maraqlı şəxs, xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3 Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir-birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edir. 4. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzaladıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları (onun himayəsində qalan) xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf: (anası) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn (ananın himayəsində qalacaq) övladları xx.xx.2019-сu il təvəllüdlü X7 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına İkinci tərəf: (anası) Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. öhdəlikləri icra olunmamışdır. Barışıq sazişinin maraqlı şəxs tərəfindən icra olunmayan bəndlərin təsdiq olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ərizəçi Maraqlı şəxs tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, mediasiya reyestrində M-00375 nömrə ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə 16 iyun 2024cü il tarixli barışıq sazişi imzalamışlar. Qarşı tərəf bağlanmış sazişi icra etmir. Bununla əlaqədar olaraq qarşı tərəfə sazişin icra olunması ilə əlaqədar pretenziya məktubu göndərmiş və pretenziya məktubunda qeyd etmiş ki, barışıq sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri pretenziya məktubunu alındığı gündən 3 gün müddətində icra edilməsini tələb etmişdir. Lakin maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, Maraqlı şəxs ilə aralarında mediator X1 iştirakı ilə 16 iyun 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf; Maraqlı şəxs, xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3 Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir-birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edir. 4. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzaladıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları (onun himayəsində qalan) xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf: (anası) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn (ananın himayəsində qalacaq) övladları xx.xx.2019-сu il təvəllüdlü X7 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına İkinci tərəf: (anası) Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. məzmunda təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 066603 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 may 2016-cı il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İV 295255 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 aprel 2019-сu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış 16 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01268 saylı barışıq sazişindən görünür ki, 1. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə 5 saylı Bakı “Asan xidmət” X4 08 noyabr 2015-ci il tarixdə 1676 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf; Maraqlı şəxs, xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3 Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir-birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edir. 4. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzaladıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları (onun himayəsində qalan) xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf: (anası) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn (ananın himayəsində qalacaq) övladları xx.xx.2019-сu il təvəllüdlü X7 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına İkinci tərəf: (anası) Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyati məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1. İkinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə 5 saylı Bakı “Asan xidmət” X4 08 noyabr 2015-ci il tarixdə 1676 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf: Maraqlı şəxs (atanın), xx.xx.2019-cu il təvəllüdlü X2 onun Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3. İkinci tərəf: Ərizəçi və Birinci tərəf: Maraqlı şəxs himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün birbirlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edirlər. 4. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına Birinci tərəf: (atası) Maraqlı şəxs ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-сu il təvəllüdlü X2 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan Birinci tərəf: Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürür. 6. İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(007)-2742/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Maraqlı şəxs ilə Ərizəçi arasında 5 saylı Bakı “Asan xidmət” X4 bağlanmış və 08 noyabr 2015-ci il tarixdə 1676 qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs 16 iyun 2024-cü il tarixli mediasiya prosesində MŞB/8/2024-01268 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf; Maraqlı şəxs, xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3. Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir-birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edir. 4. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzaladıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları (onun himayəsində qalan) xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf: (anası) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn (ananın himayəsində qalacaq) övladları xx.xx.2019-сu il təvəllüdlü X7 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına İkinci tərəf: (anası) Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. öhdəlikləri maraqlı şəxs tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 16 iyun 2024-cü il tarixdə bağlanmasına baxmayaraq sazişin birinci tərəfi barışıq sazişinin icrasını tam olaraq icra etməmiş, bu səbəbdən sazişin ikinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış 16 iyun 2024-cü il tarixli, MŞB/8/2024- 01268 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış 16 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01268 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.

2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X3 Birinci tərəf; Maraqlı şəxs, xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.

3. Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir-birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edir.

4. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzaladıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övtadları (onun himayəsində qalan) xx.xx.2016-cı il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf: (anası) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

5. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn (ananın himayəsində qalacaq) övladları xx.xx.2019-сu il təvəllüdlü X7 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-сü il tarixdən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına İkinci tərəf: (anası) Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar