Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1670/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Maraqlı şəxs Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 17 aprel 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00282 saylı barışıq sazişinin təsdiq edilməsi, 01 iyun 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, Maraqlı şəxs ilə el adəti ilə 2023-cü il tarixdə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları dövrdə uşaqları 01 iyun 2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşağın atalıq faktı müəyyən edilmiş və bu bununla bağlı 14 iyun 2024-cü il tarixdə, 661 saylı qeydiyyat aparılmışdır. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, körpə uşağı ilə birlikdə valideynləri ilə yaşayır. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağı ilə maraqlanmadığından və uşağının maddi imkanlarını qarşılamadığından o, aliment ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 17 aprel 2025ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00282 saylı barışıq sazişi bağlamışlar. Maraqlı şəxsin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayarkən razılaşmışlar ki, Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində ona pul ödəyəcəkdir. Lakin Maraqlı şəxs barışıq sazişini imzaladıqları vaxtdan hazıradək sazişi icra etməkdən yayınmışdır. Qeyd olunanların nəzərə alınaraq, Maraqlı şəxs ilə 17 aprel 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00282 saylı barışıq sazişinin təsdiq edilməsi, 01 iyun 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-V 012403 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 iyun 2024-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 aprel 2025-ci il tarixli, MŞM/MT036/2025-00282 saylı barışıq sazişindən görünür ki, tam mediasiya sesiyası zamanı Ərizəçi ilə Maraqlı şəxs alimentin müəyyən olunması barədə mübahisəni həll edərək qeyd olunan şərtlər daxilində razılığa gəlmişlər. Belə ki, 1. 01 iyun 2024-cü il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 2. 01 iyun 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs aprel ayının 25-dən sonunadək və gələn hər növbəti ayın da 25-dən sonunadək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. 3. 2-ci tərəf Maraqlı şəxs uşaqla ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin aprel ayından başlayaraq hər həftənin şənbə və bazar günü 1-ci tərəf Ərizəçi yaşadığı evə gedərək 01 iyun 2024-cü il təvəllüdlü X3 ilə saat 10:00-dan 12:00-a kimi ünsiyyətdə olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs 17 aprel 2025-ci il tarixli mediasiya prosesində MŞM/MT036/2025-00282 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında bağlanmış barışıq sazişinin 1. 01 iyun 2024-cü il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 2. 01 iyun 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs aprel ayının 25-dən sonunadək və gələn hər növbəti ayın da 25-dən sonunadək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. öhdəlikləri maraqlı şəxs tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Eyni Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 17 aprel 2025-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrasını tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin qeyd olunan məzmunda təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 aprel 2025-ci il tarixli, MŞM/MT036/2025-00282 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 aprel 2025-ci il tarixli, MŞM/MT036/2025-00282 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.
1. 01 iyun 2024-cü il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir.
2. 01 iyun 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs aprel ayının 25-dən sonunadək və gələn hər növbəti ayın da 25-dən sonunadək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elxan Əmirəliyev