Məhkəmə qərarları › İş №2(073)-1673/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1673/2025

12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1673/2025 12.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə maraqlı şəxs olan Maraqlı şəxs faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Səməd və xx.xx.2018-ci il tarixdə Əhəd adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar, ərizəçi azyaşlı uşaqları ilə valideynlərinin himayəsində yaşayır. Mediasiya prosesində xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2024- 00230 saylı barışıq sazişi imzamışlar. Sazişə əsasən uşaqları X3 və X2 ərizəçinin himayəsində qalmaları, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 150 manat sabit pul məbləğində, yəni ölkə üzrə minimum əmək haqqının 0.375 misli məbləğində alimentin tutularaq ərizəçiyə verilməsi, Maraqlı şəxs tərəfindən ona hədiyyə edilmiş qızıl üzüyü 2025-ci ilin aprel ayının son gününədək ona qaytarmağı öhdəsinə götürmüş və eyni zamanda uşaqlarına məxsus olan 2 ədəd yataq dəsti, 1 ədəd kitab rəfi və 2 ədəd siyirmə şkafı onun yaşadığı ünvana çatdırmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2024-00230 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Lakin cavabdeh barışıq sazişi üzrə öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2024-00230 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2024-00230 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları X3 və X2 1-ci tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməsi, tərəflərin birgə uşaqları xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 150 manat sabit pul məbləğində, yəni ölkə üzrə minimum əmək haqqının 0.375 misli məbləğində alimentin müəyyən edilməsi, 2-ci tərəf Maraqlı şəxs həmin alimentin 2025-ci ilin aprel ayının son günündən hər növbəti ayın da son günündə 1-ci tərəf Ərizəçi bank hesabına ödəməyi öz öhdəsinə götürmüş, 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi hədiyyə edilmiş qızıl üzüyü 2025-ci ilin aprel ayının son gününədək ona qaytarmağı, uşaqlarına məxsus olan 2 ədəd yataq dəsti, 1 ədəd kitab rəfi və 2 ədəd siyirmə şkafı 1-ci tərəfin yaşadığı ünvana çatdırmağı öhdəsinə götürmüşdür. 2 -ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi yaşadığı evə gələrək tərəflərin birgə uşaqları xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018ci il tarixdə anadan olmuş X4 ilə 2025-ci ilin aprel ayınından başlayaraq hər növbəti ayın şənbə günləri saat 13:00-dan 16:00-dək ünsiyyətdə olmağı və 2-ci tərəf Maraqlı şəxs uşaqlarla görüşə gələ bilmədiyi günlərdə möbil telefonla görüntülü və ya səsli əlaqə yaradaraq ünsiyyətdə olması barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2024-00230 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar