Məhkəmə qərarları › İş №2(073)-1676/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1676/2024

31.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1676/2024 31.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Ərizəçi X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X1 «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-03370 nömrəli barışıq sazişinin uşaqların ananın yanında qalmaqla onun himayəsinə verilməsi hissəsində təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs olan X12 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ərizəçi X3 uşaqların ananın yanında qalmaqla onun himayəsinə verilməsi tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-03370 nömrəli barışıq sazişinə əsasən X3 ilə X12 razılaşmışlar ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaqla onun himayəsinə verilsin. Lakin Maraqlı şəxs saziş imzalandığı vaxtdan bu günədək sazişi icra etməkdən yayınmışdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(073)-449/2011 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X12 ilə X9 arasında olan nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub X7 verilməsi qət edilmişdir. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X1 arasındakı nikah xx.xx.2011-ci il tarixdə 72 saylı qeydlə ləğv edilmişdir. İşdə olan Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci ildə doğulmuşdur, atası X12, anası X2r. İşdə olan Sankt-Peterburq, Primorski rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2008-ci ildə doğulmuşdur, atası X12, anası X2r. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-03370 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 anaları X1 yanında qalmaqla onun himayəsinə verilməsi üçün razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. X12 barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 ilə maraqlı şəxs X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-00370 saylı barışıq sazişi uşaqların ananın yanında qalmaqla onun himayəsinə verilməsi hissəsində təsdiq edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X14 anaları X1 yanında qalmaqla onun himayəsinə verilsinlər. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar