Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-169/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və torpaqdan istifadə hüquqlarının bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və torpaqdan istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınıb ona (iddiaçıya) təhvil verilməsi və torpaq üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının ailə üzvlərinə 1.7115 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Bu bərədə onlara AR ƏMDK yanında DƏDRX tərəfindən **********94 saylı çıxarış verilmişdir. Pay torpaqları Hamaraqışlaq kəndi ilə qərb tərəfdən və Cinli çayı ilə şimaldan sərhəddir. İşlədiyi dövrdə taxıl, şəkər çuğunduru, tütün və bostan-tərəvəz bitkiləri yetişdirib əhaliyə, şəkər zavoduna, taxıl və tütün məntəqəsinə vermişlər. xx.xx.2023-cü il tarixdə payızlıq taxıl əkini üçün traktorla şum etdiyi vaxt torpaq sahəsində şum edən traktorçunu cavabdehlər dayandırıb əkin işlərinə maneçilik törətdilər. Ona məxsus olan pay torpağı zəbt edib orada şum işləri aparmağa imkan vermirlər. Ona məxsus torpaq sahəsini cavabdehlər Namiq və Cavabdeh2 qardaşları zəbt edərək əkin işləri aparır. Dəfələrlə əlində olan şəhadətnaməni onlara göstərmiş və bildirmişdir ki, haqsızdırlar, cavabdehlər əksinə ona qarşı qərəzli hərəkətlər etmiş, o, bu barədə onlara xəbərdarlıq etsələr də heç bir nəticəsi olmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Mülkiyyətində olan torpaq sahəsini mülkiyyətçi kimi istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********94 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad şəhəri ərazisində yerləşən 1.711487 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X1, X4, X2, X3, X6, X5, X7, X8, İddiaçı paylı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və ********** reyestr (960) nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.711487 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.711487 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə 1.69 hektaradək hissəsinin iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1.89 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, qalan 0.02 hektaradək hissəsinin isə cavabdehlərin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudlarında kənarda, istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.711487 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu isə cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad şəhəri ərazisində yerləşən 1.711487 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsindən iddiaçı və ailə üzvlərinin maneəsiz istifadə etmək imkanları bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-169/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-169/2025
12.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver