Məhkəmə qərarları › İş №2(073)-1708/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1708/2025

16.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1708/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Ərizəçi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X1 barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01602 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, ərizəçi X3 cavabdeh Maraqlı şəxs ilə faktiki olaraq evlənmiş, nikahlarını isə xx.xx.2010-cu ildə rəsmiləşdirmişilər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Nikahları Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-713/2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan əlavə, cavabdeh Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01602 saylı barışıq sazişi bağlanmışdır. Sazişə əsasən cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun yanında saxlanılmaqla onların yetkinlik yaşna çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024- 01602 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla onların yetkinlik yaşna çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, cavabdeh aylıq 300 manat aliment öhdəliyini tam icra etmir, müəyyən vaxtlarda müəyyən məbləğlərdə ödənişlər edir ki, bu da sazişin tələblərinin pozulmasıdır. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ərizəçi X3 ilə aralarında xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01602 saylı barışıq sazişi bağlanmışdır. Sazişə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun yanında saxlanılmaqla onların yetkinlik yaşna çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin alimentin bir qismini pul şəklində, bir qismini isə uşaqların istədiklərini alaraq ödəyir, buna dair ödəniş qəbzləri də var. Bundan sonra alimenti tam olaraq pul şəklində, yəni hər ay 300 manat olmaqla ödəyəcək. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01602 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 X1 yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 150 manat alimentin Maraqlı şəxs tutularaq X2 ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01602 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar