Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1752/2024 05.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Cəlilabad rayon Cavabdehin nümayəndəsi - direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin etibarsız hesab olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdeh direktoru tərəfindən verilmiş 0* noyabr 2023-cü il tarixli 96 nömrəli əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, əmrin qanunsuz hesab edilməsi, işə bərpa və ötürülmüş müddət üçün əmək haqqının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o (iddiaçı), xx xxx *985-ci ildə Cəlilabad rayonu Əsədli kəndində anadan olmuşdur və orada yaşayır. Yaşadığı kənddə kifayət qədər nüfuza və hörmətə sahibdir. Hər zaman cəmiyyətin köməyə və yardıma ehtiyacı olan insanlarının yanında olmuş və dövlətin də dəstəyini arxasına alaraq onların sosial problemlərinin həll edilməsində yaxından iştirak etmişdir. 20*6-cı ilin fevral ayından Cəlilabad rayonu Cavabdeh texniki işçi işləmişdir. 0* noyabr 2023-cü il tarixdə işlədiyi məktəbin direktoru Nümayəndə 96 nömrəli əmrinə əsasən o, heç bir səbəb göstərilmədən işdən azad olunmuşdur. İşdən azad olunmağı barədə əmrin surəti ona təqdim edilməmiş, bu barədə heç bir xəbərdarlıq almamışdır. Lakin cavabdeh onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Həmin əmri əsassız və qanunsuz hesab edir. Əlavə olaraq bildirir ki, mübahisəli əmri mediasiya şurasına müraciət etməzdən *4 gün əvvəl əldə etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Əsədli kənd orta məktəbinin direktoru Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o (cavabdeh) *3 sentyabr 202*-ci il tarixdən *0 oktyabr 2022-ci il tarixədək müvəqqəti olaraq Cəlilabad rayon Cavabdehin direktoru səlahiyyətlərini icra etmişdir, *0 oktyabr 2022-ci il tarixdən hazırki vaxtadək Cəlilabad rayon, Cavabdehin direktoru vəzifəsində işləyir. Hal-hazırda Cəlilabad rayon, Cavabdehdə müəllimlər və texniki işçilərin hər biri vaxtı-vaxtında işə gəlir. O, işlədiyi müddət ərzində Cəlilabad rayon Cavabdehdə hər hansı bir qanunsuzluğa yol verilməmişdir. İddiaçı son zamanlar vaxtı-vaxtında işə gəlməmiş və ya işə gəlsə də iş saatı bitmədən məktəbdən getmək istəmişdir. Hətta bir neçə dəfə İddiaçı ondan, bəzi hallarda isə məktəbin təsərrüfat müdiri Kərəm Nəsirovdan icazə alaraq işdən vaxtından əvvəl getmişdir. Lakin son zamanlar İddiaçı işə davamiyyətində ciddi şəkildə pozuntular olduğundan və sonuncu icazə almadan iş yerini tərk etdiyindən bu hallar aktlaşdırılmış, 3* oktyabr 2023-cü il tarixdə isə Cəlilabad rayon Cavabdehin Həmkarlar Təşkilatının iclası olmuş və iclasın yekununda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e" bəndi ilə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt iclas protokolunda adları qeyd olunmuş hər bir şəxs iclasda iştirak etmiş və həmkarlar təşkilatının sədri tərəfindən iclas protokoluna möhür vurulmuşdur. İclas keçilməmişdən əvvəl İddiaçı həmin iclas barədə məlumat verilmiş, lakin sonuncu iştirak etməkdən yayınmışdır. Bundan sonra İddiaçı onun barəsində qərəzli olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Həmçinin Cəlilabad rayon Cavabdehin sabiq direktoru Aydın Nuriyev tərəfindən İddiaçı barəsində sonuncunun intizam pozuntularına görə bir neçə dəfə töhmət verilmişdir. Özü tərəfindən isə xəbərdarlıqlar da edilmişdir. Tərəfindən İddiaçı hər dəfə tənbeh tədbirləri tətbiq olunduqdan sonra İddiaçı otağına dəvət olunmuş və sonuncuya tənbeh tədbirinin tətbiq olunması elan edilmişdir. Lakin İddiaçı yenidən işə bərpa olunmaq üçün yalandan barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən xəbəri olmadığını bildirir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 0*.05.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Cavabdehin direktoru Nümayəndə həmin məktubda göstərmişdir ki, İddiaçı aid olan əmək kitabçası, elektron xitam və 96 nömrəli əmrdən çıxarış (işdən azad olunma barədə əmr) ** noyabr 2023-cü il 2 nömrəli akt tərtib edilməklə onun sifarişi ilə X4 verilmiş, Paşayev Teyyub sənədləri ona (İddiaçı) çatdırdığını bildirmişdir. Aktın surətini ona təqdim edir. İşdə olan İddiaçı əmək kitabçasının, xitam əmrinin surətinin və aktların verilməsi barədə *4.**.2023-cü il tarixli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə, təsərrüfat müdiri X6, həmkarlar təşkilatının sədri X5, X2 iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: İddiaçı şifahi müraciətinə əsasən yuxarıda adlan göstərilmiş sənədlər onların iştirakları ilə B. Ələsgərova çatdırılmışdır. İşdə olan Cəlilabad rayon Cavabdehin həmkarlar təşkilatının 3* oktyabr 2023-cü il tarixli iclasının 0* saylı protokolundan görünür ki, Cavabdeh texniki işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan işçinin iş vaxtıda iş yerində olmaması barədə 0*.**.2023-cü il tarixli, 2 nömrəli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə Mirzəbala oğlu tərəfindən, təsərrüfat müdiri X6 və həmkarlar təşkilatının sədri X* iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: 28 oktyabr 2023-cü il tarixdən 0* noyabr 2023-cü il tarixədək işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı Mirzəbala oğlunun iş yerində olmaması müəyyən edilmişdir. Yuxanda adları çəkilən işçilərin iştirakı ilə 0*.**.2023-cü il iş vaxtının sonuna kimi işçinin işdə olmaması təsbit edilmişdir. Təsərrüfat müdiri X6 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşınq verilməmişdir. İşdə olan işçinin iş vaxtında iş yerində olmaması barədə xx.xx.2023-cü il tarixli, * nömrəli aktdan görünür ki, akt məktəbin direktoru Nümayəndə tərəfindən, təsərrüfat müdiri X6 və həmkarlar təşkilatının sədri X* iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur: 28 avqust 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə xx.xx.2023-cü il iş vaxtının sonuna kimi işçinin işdə olmaması təsbit edilmişdir. Təsərrüfat müdiri X6 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verilməmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə 0*.**.2023-cü il tarixli 96 nömrəli əmrdən görünür ki, məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70 “ç” bəndi. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək 07.**.2023-cü il tarixli bildirişindən görünür ki, 0*.**.2023-cü il tarixli 96 nömrəli əmrə əsasən xx.xx.2022-ci ildə işə başlamış işçisi İddiaçı əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Cavabdehdə texniki işçi (xadimə) vəzifəsinə təyin edilmiş və həmin məktəb direktorunun 0*.**.2023-cü il tarixli, 96 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. İddiaçı həmin əmri əsassız heab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmamışdır, əmrdə sadəcə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, xitam əsası kimi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 7*.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.*-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qayda nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə də işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84.*-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) məzmununda həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işçinin mövcud və gələcək işgüzar həyatında olduqca vacib əhəmiyyətə malik olduğuna görə, qanunverici həmin əmrin verilməsi üçün ehtimal olunan əsas hesab edilə biləcək dolayı sənədlərdə (aktlar, iclas protokolları və s.) deyil, məhz əmək müqaviləsinə xitam verilməsi barədə əmrin özündə həmin halların göstərilməsini və işəgötürən tərəfindən həmin halların ciddi şəkildə əsaslandırılmasını tələb etmişdir. Bu, həmçinin işçinin iştirakı və məlumatı olmadan, onun tərəfindən yol verilmiş hər hansı əmək intizamının pozuntusu halı barədə tərtib edilmiş akt və ya iclas protokolları formasında sənədlər olsa da belə, xitam əmrindən işçinin müvafiq orqanlara və ya məhkəməyə şikayət verə bilməsi hüququnun realizəsi üçün olduqca vacibdir, çünki məhz əsaslandırılmış əmrdə işçi onun hansı pozuntulara yol verdiyini və nəyə görə müqaviləyə xitam verildiyini müəyyən etmiş olur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır və onun qəbul edilməsi üçün əsas hesab edilən rəsmi sənədlər həmin əmrdə göstərilməmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı onun barəsində həmkarlar təşkilatının keçirdiyi iclas barədə məlumatlı olmamışdır. Cavabdeh iddiaçının bu barədə məlumatlandırıldığını, lakin onun iştirakdan imtina etdiyini bildirsə də, iddiaçının rəsmi qaydada məlumatlandırılması və ya onun iştirakdan imtina etməsi barədə iş materiallarında hər hansı sənəd yer almır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh Cəlilabad rayon Cavabdehin 0*.**.2023cü il tarixli, 96 saylı əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı qanunsuz olaraq işdən azad edildiyindən Cəlilabad rayon Cavabdeh 0*.**.2023cü il tarixli, 96 saylı əmri ləğv edilməklə yanaşı iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Cəlilabad rayon Cavabdeh texniki işçi (xadimə) vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 2*7.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.*–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cəlilabad rayon Cavabdeh direktorunun İddiaçı Cəlilabad rayon Cavabdeh texniki işçisi (xadimə) vəzifəsindən azad edilməsi haqqında 0*.**.2023-cü il tarixli, 96 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Cəlilabad rayon Cavabdeh texniki işçisi (xadimə) vəzifəsinə bərpa edilsin. Cavabdeh Cəlilabad rayon Cavabdeh tərəfindən 0*.**.2023-cü il tarixdən etibarən iddiaçının işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı hesablanaraq (məktəbin texniki işçisi (xadimə) vəzifəsi üzrə) İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1752/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1752/2024
05.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver