Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1818/2025 29.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında 03 may 2025-ci il tarixdə bağlanmış, MŞM/MT036/2025-00332 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə nikah bağlamaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 24 iyun 2015-ci il tarixdə Məhəmmədəli və 28 sentyabr 2016-cı il tarixdə Məryəm adlı iki uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(073)-2587/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Ərizəçi həmin vaxt aliment tələbi olmamışdır. Lakin uşaqlar böyüdükcə tələbatları artdığı üçün onun qazancı uşaqların saxlanmasına kifayət etmir. Aliment tələbi ilə bağlı Masallı 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən 24 iyun 2015-ci il təvəllüdlü X1 və 28 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ayın 1-dən 15-dək hər uşağa görə 100 manat məbləğində alimentin ödnilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs alimentin ödənilməsinə dair üzərinə öhdəlik götürsə də, öhdəliyini pozaraq barışıq sazişini icra etmir. Odur ki, 03 may 2025-ci il tarixdə bağlanmış, MŞM/MT036/2025-00332 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 03 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00332 saylı Barışıq sazişindən görünür ki: - Tərəflərin birgə uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir. - xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin may ayının 1-dən 15dək və gələn hər növbəti ayın 1-dən 15-dək 200 (iki yüz) manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi ödəsinə götürür. İş materiallarında olan 07 may 2025-ci il tarixli arayışdan görünür ki, X2 24 iyun 2015-ci ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r. İş materiallarında olan 07 may 2025-ci il tarixli arayışdan görünür ki, X4 28 sentyabr 2016-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentin ödənilməsi hissəsində sazişin imzalandığı xx.xx.2025-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs iştirakı ilə bağlanılmış 03 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00332 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tərəflərin birgə uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir. - xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin may ayının 1-dən 15dək və gələn hər növbəti ayın 1-dən 15-dək 200 (iki yüz) manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi ödəsinə götürür. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1818/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1818/2025
29.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver