Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1834/2025 02.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci i tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00397 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il tarixdə anadan olan Xəyal Şahsuvarlının mənim yanımda qalması və Maraqlı şəxs övladımın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni ölkə üzrə minumum əmək haqqının 0,25 misli alimentin 2025-ci ilin may ayının 1-i tarixindən 15-i tarixinədək və gələn hər növbəti ayın 1-i tarixindən 15-i tarixinədək olan müddət ərzində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Maraqlı şəxs ilə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə, yəni 27 may 2020-ci il tarixdə uşaqları X3 doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar və ayrıldıqadan sonra Maraqlı şəxs uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00397 saylı barışıq sazişi imzalamışlar və həmin barışıq sazişinə əsasən xx.xx.2020-ci il tarixdə anadan olan övladı Xəyal Şahsuvarlının onun yanında qalması və Maraqlı şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni ölkə üzrə minumum əmək laqqının 0,25 misli alimentin 2025-ci ilin may ayının 1-i tarixindən 15-i tarixinədək və gələn hər növbəti ayın 1-i tarixindən 15-i tarixinədək müddət ərzində alimenti ona nəğd, poçt və ya bank kartı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan hazıradək sazişi icra etməkdən yayınmışdır. Sonda ərizəçi qeyd edilənlərin nəzərə alınaraq Maraqlı şəxs ilə xx.xx.2025-ci i tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00397 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il tarixdə anadan olan Xəyal Şahsuvarlının mənim yanımda qalması və Maraqlı şəxs övladımın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni ölkə üzrə minumum əmək haqqının 0,25 misli alimentin 2025-ci ilin may ayının 1-i tarixindən 15-i tarixinədək və gələn hər növbəti ayın 1-i tarixindən 15-i tarixinədək olan müddət ərzində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Jhbffffnçfnfnfgnfgnfmnlnnbnbnnbçnnnnngçnbn nnnngjfgjkbjdfgkklkkjhkfjlfkjlfgjljkjlfjhlfkjgkhjll qətnaməni gec aldığıma görə düzəliş edərsən Belə ki, işdə olan AZ-İV 454936 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27 may 2020-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 12 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00397 saylı barışıq sazişindən görünür ki, tərəflər tam mediasiya sesiyası zamanı uşağın ananın yanında qalması və sabit pul məbləğində uşağa aliment təyin edilməsi mübahisəsini həll edərək qeyd olunan şərtlər daxilində razılığa gəlmişlər. Belə ki, 1. Tərəflər 27 may 2020-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalmasına razılığa gəldilər. 2. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq üçün 100 (yüz) manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 3. 27 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin may ayının 01 tarixindən 15 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 01 tarixindən 15 tarixədək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə, yəni 27 may 2020-ci il tarixdə uşaqları X3 doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar və ayrıldıqadan sonra Maraqlı şəxs uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00397 saylı barışıq sazişi imzalamışlar və həmin barışıq sazişinə əsasən 1. Tərəflər 27 may 2020-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalmasına razılığa gəldilər. 2. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq üçün 100 (yüz) manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 3. 27 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin may ayının 01 tarixindən 15 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 01 tarixindən 15 tarixədək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Eyni Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 12 may 2025-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrasını tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin qeyd olunan məzmunda təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 12 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00397 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 12 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00397 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.
1. Tərəflər 27 may 2020-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalmasına razılığa gəldilər.
2. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq üçün 100 (yüz) manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir.
3. 27 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin may ayının 01 tarixindən 15 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 01 tarixindən 15 tarixədək olan müddət ərzində uşaq üçün 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elxan Əmirəliyev