Məhkəmə qərarları › İş №2(073)-19/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-19/2024

17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-19/2024 17.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Adil oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cəlilabad rayon Moranlı kənd Bələdiyyəsinə qarşı cavabdehlərin onun torpağından çıxarılmaları və cavabdehlərdən müştərək qaydada 5000 manat təzminatın alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Adil oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cəlilabad rayon Moranlı kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun torpağından çıxarılmaları və cavabdehlərdən müştərək qaydada 5000 manat təzminatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Tapdıq oğlu məhkəməyə ərizə göndərək, cavabdehlərin onun torpağından çıxarılmaları və cavabdehlərdən müştərək qaydada 5000 manat təzminatın alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə tələbinin məhkəmədənkənar öz həllini tapdığı üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və İddiaçı Tapdıq oğlunun ərizəsini, cavabdehin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) İddiaçı Tapdıq oğluna geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Adil oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cəlilabad rayon Moranlı kənd Bələdiyyəsinə qarşı cavabdehlərin onun torpağından çıxarılmaları və cavabdehlərdən müştərək qaydada 5000 manat təzminatın alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) İddiaçı Tapdıq oğluna geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar