Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1930/2023 13.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlu sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinin direktoru X3 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinə qarşı əmrin etibarsız hesab olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbin direktorunun 20 iyun 2022-ci il tarixli, 32 nömrəli əmrinin etibarsız hesab edilməsinə və Təlim-tərbiyə işləri üzrə direktor müavini vəziəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbin direktorunun 20 iyun 2022-ci il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsinə, Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq (Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə görə) ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxx *985-ci ildə Cəlilabad rayonu Dövlətəlibəyli kəndində doğulmuşdur. İxtisasca ibtidai sinif müəllimidir və Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində işləyir. Onun 7 ilini məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş və hazırda ixtisası üzrə müəllim işləyir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, işə götürənlə aralarında həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilmişdir ki, o (iddiaçı) həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdur. Lakin Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbinin direktoru Aydın Səfərovun 20 iyun 2022-ci il tarixli, 32 nömrəli əmri ilə heç bir əsas olmadan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Həmin vəzifədən azad edilməsi üçün heç bir əsas olmamışdır. Məktəbdə olan nöqsanları direktorun nəzərinə çatdırdığına və həmin nöqsanların aradan qaldırılmasını tələb etdiyinə görə məktəb direktoru ona qarşı qərəzli olmuş, onun (iddiaçının) barəsində mənfi fikir formalaşdırmağa çalışmış və əsassız olaraq onun işdən azad etmişdir. Belə ki, həmin nöqsanlarla bağlı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət ünvanlamış (iddiaçı), həmin müraciəti əsasında Cəlilabad rayon Cavabdehndə *2.05.2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən monitorinq aparılmış, monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Aparılmış monitorinqin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən yol verdiyi nöqsanlara görə Cavabdehn direktoru X3 barəsində intizam tənbehi görülərək, artıq xərcləndiyi müəyyən edilmiş vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilmiş və digər çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilməklə məktəbin ümumi fəaliyyəti nəzarətə götürülmüşdür. *6 iyun 2023-cü il tarixdə onun və məktəb müəllimlərinin iştirakları olmadan formal olaraq pedoqoji şuranın iclası keçirilmiş və həmin iclasda onun işdən azad edilməsi məsələsi müzakirə edilmişdir. Həqiqətdə isə belə bir iclas keçirilməmişdir. Bundan başqa, o (iddiaçı) Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət ünvanladıqdan sonra məktəbin direktoru qərəzli olaraq ona (iddiaçıya) şiddətli töhmət verilməsi barədə *5.05.2023-cü il tarixdə əmr vermişdir. Həmin əmrdən də onun (iddiaçının) sonradan məlumatı olmuşdur. Halbuki, həmin əmrin də verilməsi üçün heç bir əsas olmamışdır. Nəticədə isə heç bir əsas olmadan işdən azad edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinin direktoru X5 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı, İddiaçı məhkəməyə ərizə ilə iddiaçı qismində müracət edərək bildirmişdir ki, guya o (cavabdeh) onu səbəbsiz yerə və qanunsuz şəkildə işdən azad etmişdir. Azərbaycan Respublikası Təhsil Qanunun *.0.32-ci Maddəsində göstərilir ki, Pedaqoji şura - ümum təhsil müəssisənin kollegial ali idarəetmə orqanıdır. Məktəbin Pedaqoji şurası İddiaçı fəaliyyətini iki dəfə müzakirə edərək onun pedaqoji və vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməməsi barədə qərar qəbul etmişdir. O (cavabdeh) məktəbin direktoru olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci və 2-ci bəndinə və məktəbin *6 iyun 2023 -cü il tarixlərdə keçirilmiş həmkarlar təşkilatının qərarına əsaslanaraq İddiaçı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o (cavabdeh) onu qərəzli şəkildə və qanunsuz işdən azad etmişdir, lakin qeyd etdiyi faktı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.**.20*4-cü il tarixli Müəllimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında qərarı mövcuddur. Həmin qərarın bir neçə bəndi İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan başqa, İddiaçı vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir. Belə ki, məktəbdə keçirilən X* keçirilməsi və təşkilinə İddiaçı bir müavin kimi cavabdehdir. İddiaçı nəinki fənnlər üzrə X* keçirilməsini təşkil etmiş o, heç özü tədris etdiyi fənnlərin X* nəticələrini məktəbdə yaradılmış komissiyaya təqdim etməmişdir.Buna görə də, iddaçının barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.**.20*4-cü il tarixli Müəllimlər Etik davranış qaydalarının təsdiq edilməsi haqqında qərarının 6.2-6.3.6-cı bəndlərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci və 2-ci bəndinə rəhbər tutaraq qanuna müvafiq şəkildə tədbir görmüşdür. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan *5.09.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Nuriyev X4 rayon Cavabdehnə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İşdə olan 0*.*0.20*6-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Nuriyev X4 rayon Dövlətəlibyəli kənd tam orta məktəbinə direktor müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə *5.05.2023-cü i tarixli, 23 saylı əmrdən görünür ki, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı sonuncu dəfə xəbərdarlıq edilməklə ona şiddətli töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə Pedaqoji şuranın *6 iyun 2023-cü il tarixli, 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəziəsindən azad edilməsi qərara alınmışıdr. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə xx.xx.2023-cü il tarixli, 32 saylı əmrdən görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və ixtisası üzrə müəllim saxlanılmışdır. İşdə olan Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *9.08.2023-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Cavabdeh direktoru X3 barəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılmışdir. Cəlilabad rayon Cavabdehndə *2.05.2023-cü il tarixdə monitorinq aparılmış, monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sır nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Aparılmış monitorinqin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən yol verdiyi nöqsanlara görə Cavabdehn direktoru X3 barəsində intizam tənbehi görülərək, artıq xərcləndiyi müəyyən edilmiş vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilmiş və digər çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilməklə məktəbin ümumi fəaliyyəti nəzarətə götürülmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 0*.*0.20*6-cı il tarixdə Cəlilabad rayon Dövlətəlibyəli kənd tam orta məktəbinə direktor müavini vəzifəsinə təyin edilmiş və həmin məktəb direktorunun xx.xx.2023-cü il tarixli, 32 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və iştisası üzrə müəllim saxlanılmışdır. İddiaçı həmin əmri əsassız heab edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiçı İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı tərəfindən məktəbdə olan nöqsanlarla bağlı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müaciət ünvanlandıqdan sonra onun barəsində məktəb rəhbərliyi tərəfindən tədbirlər görülməyə başlanılmış və həmin tədbirlər də məhz iddiaçı tərəfindən ünvanlanmış müraciətə görə olmuşdur. Həmin hal işdə olan Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *9.08.2023-cü il tarixli məktubdan da öz təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «ç» bəndinin tələbinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbin direktorunun 20 iyun 2022-ci il tarixli, 32 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Həmin Məcəllənin 84-cü maddəsinin *-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin məzmununda müəssisənin hüquqi ünvanı, əmri imzalayan işəgötürənin atasının adı və soyadı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan məlumatlar göstərilməmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh Cəlilabad rayon Dövlətəlibyəli kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 32 saylı əmri ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, itsehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektvinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 7*-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə evni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işə götürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin *86-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işə götürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2-ci maddəsinin a və b bəndlərinə əsasən əmək münasibətləri sahəsində işə götürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən Cəlilabad rayon Dövlətəlibyəli kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 32 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Cəlilabad rayon Dövlətəlibyəli kənd tam orta məktəbinə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.*–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Cəlilabad rayon Cavabdeh direktorunun İddiaçı Cəlilabad rayon Cavabdehn Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 32 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Cəlilabad rayon Cavabdehn Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. Cavabdeh Cəlilabad rayon Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq (Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə) İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Qalib Paşayev