Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1959/2023 03.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin nümayəndəsi X*, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürovanın ** may 2023-cü il tarixli, *42 nömrəli əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 20*7-ci ildən Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində xidmətçi işləmişdir. 20*9-cu ildə Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürova tərəfindən işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlayaraq xidmətçi işinə qəbul edilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və işə götürənlə aralarında həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilməklə, həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində bağladığı əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürova ona qarşı qərəzli olduğu üçün ** may 2023-cü il tarixdə, *42 saylı əmrlə onu işdən azad etmişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru tərəfindən verilmiş ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin nümayəndəsi X2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı 20*7-ci ildən direktoru olduğu Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində xidmətçi kimi işə qəbul olunmuşdur. 20*9-cu ildə isə Əmək müqaviləsinin tələblərini pozduğu üçün, onun tərəfindən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə İddiaçı xahişi nəzərə alınmaqla, onunla yenidən əmək müqaviləsi bağlanaraq xidmətçi işinə qəbul edilmişdir. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi heç bir üzrlü səbəb olmadan yerinə yetirməkdən imtina edərək, müxtəlif tarixlərdə onun üçün ayrılmış işləri yerinə yetirməyərək, iş rejiminin aparılması qaydalarını kobud surətdə pozmuşdur. Ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, o, iş rejimini və qaydalarını öz istədiyi tərzdə yaratmaq istəmişdir. Bu səbəbdən də, ** may 2023-cü il tarixdə onun tərəfindən İddiaçı işdən azad olunması barədə *42 saylı əmr imzalanmışdır. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin ** may 2023-cü il tarixli, *42 saylı əmrini qanuni və əsaslı hesab edir. Əmrin surəti cavabdehə 24 sentyabr 202*-ci il tarixdə göndərilmişdir və cavabdeh əmək qanunvericiliyi ilə nəzərdə tutulan işə bərpa müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı xidmətçi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq, məktəbin həyətində və digər təmizlik və abadlıq işləri aparılması üçün iş bölgüsünə uyğun olaraq üzərinə düşən işləri görməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 339 saylı əmrdən görünür ki, məktəbin texniki işçisi İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, məktəbin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu, məktəbi və məktəb rəhbərliyini nüfuzdan salan təxribati hərəkətlərə yol verdiyi üçün, həmçinin məktəbin Həmkarlar Təşkilatının iclasını pozmaq məqsədilə iclas zamanı pedaqoji heyətə, iclasın sədrinə və məktəb rəhbərliyinə qarşı kobud ifadələr işlətdiyinə görə sonuncu dəfə xəbrdarlıq edilməklə, ona şiddətli töhmət elan edilmişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində Azərbaycan Respublikası AHİ-nın Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Respublikası AHİ-nın Respublika komitəsinin katibi əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Cəlilabad rayon Təhsil İdarəsinin müdiri İlkin Zeynalov, TİAHİnin Cəlilabad rayon Təşkilatının sədri Nəbi İskəndərov, Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru Səidə Şükürova, Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktor müavinləri Rəzzaq Abbasov, İlham Nağıyev və İbrahim Rəfibəyli və Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin məktəbdənkənar-sinifdənxaric işlər üzrə təşkilatının sədri Ziya Aslanov və digərlərinin iştirakları ilə tərtib edilmiş 0* mart 2023-cü il tarixli aktdan görünür ki, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində məktəbin texniki işçiləri İddiaçı və X4 şikayəti ilə bağlı məsələyə baxılmış, həmin məktəbin direktoru Səidə Şükürova və məktəbin texniki işçiləri İddiaçı və Mübariz Əliyevlə söhbətlər aparılmışdır. Onlara işəgötürənlə işçi arasında əmək münasibətlərinin qanuni qaydaları izah olunmuş, yaranmış mübahisəli vəziyyətlə əlaqədar hər iki tərəfə razılığa gəlinməsi ilə bağlı təkliflər edilmiş, məktəbin direktoru Səidə Şükürova verilən təklifə razılıq versə də, İddiaçı heç bir razılığa gəlməmiş, Mübariz Əliyev isə şifahi şəkildə razılaşsa da, yazılı şəkildə izahat verməkdən imtina etmişdir. Bütün hallarda onlara əmək mübahisələrinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Araşdırma əsasında İddiaçı və Mübariz Əliyevin şikayət məktubundakı iddialarının əsassız olduğu aşkar edilmişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, 27 aprel 2023-cü il tarixdə məktəbin həyətində təmizlik və abadlıq işləri aparılarkən məktəbin texniki işçisi İddiaçı iş bölgüsünə görə üzərinə düşən işi “mənim belimdə qrija olduğundan ot biçən maşını işlədə bilmirəm” bəhanəsi ilə yerinə yetirməkdən imtina etmişdir. Təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rəfibəyli onu işə cəlb etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı bildirmişdir ki, “məktəbin bağbanı gəlsin işini görsün, mən işləmirəm”. Daha sonra isə telefonunu götürüb kimləsə yüksək səslə danışaraq “belə getsə bu məktəbdən kiminsə meyiti çıxacaq” sözlərini demişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, 27 aprel 2023-cü il tarixdə təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rəfibəyli məktəbin texniki işçisi İddiaçı üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi barədə izahat yazmağı tələb etsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, ** may 2023-cü il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi qərara alınmışdır. İşdə olan *2 may 2023-cü il tarixli məktubdan və Azərpoçt MMC-nin eyni tarixli məxaric qəbzindən görünür ki, İddiaçı əmrin surətini almaqdan imtina etdiyi üçün, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş və əmrin surəti və *2 may 2023-cü il tarixdə onun ünvanına göndərilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin ** may 2023-cü il tarixli, *42 saylı əmri ilə Nuriyev X5 şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin xidmətçi vəzifəsindən azad edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi İddiaçı ** may 2023-cü il tarixdə işdən azad olunmuş, əmrin surətini aldığı vaxtdan * ay müddətində mediasiya təşkilatına müraciət etmiş və həmin əmri mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Nuriyev X5 şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin xidmətçi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1959/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1959/2023
03.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver