Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1979/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və dəymiş ziyana görə 10000 manat pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X23 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və dəymiş ziyana görə 10000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslala bu gün ona (iddiaçıya) verilmiş və əsaslı olaraq ona təhkim edilmiş 1.20 ha. həmin torpaq sahəsini özgənin (Cavabdeh1) qanunsuz sahibliyindən çıxarmaqla ona (iddiaçıya) qaytarılmasını təmin edib, bu torpaq sahəsi üzrə pozulmuş mülkiyyət hüququnun prosessual bərpasının müəyyənləşdirilməsi, qanunsuz olaraq ona (iddiaçıya) aid olan bu torpaq sahəsindən 10 ildən çox bir müddətə qanunsuz istifadə edib ona (iddiaçıya) qarşı aldadıcı-üsul və vasitələrlə əkib-becərmə işlərini həyata keçirməklə, kifayət qədər qazanc əldə etməklə əsassız varlanan cavabdeh şəxsin (Cavabdeh1) əldə etdiyi həmin qazanc pulundan 10.000 (on min) manat pulun alınaraq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iclası zamanı iddiaçı ilə əlaqə saxlanılmış və o, iclasda iştirak edə bilməyəciyini bildirmişdir, bunu kənddən rayona gedən taksinin olmaması ilə əlaqələndirmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış və təhkim edilmiş 1.20 hektar torpaq sahəsini sabiq həyat yoldaşı Cavabdeh2 onu aldatmaqla qanunsuz şəkildə Cavabdeh1 istifadəsinə vermişdir. Uzun müddətdir ki, həmin torpaq sahəsindən cavabdeh şəxs istifadə edib kifayət qədər qazanc əldə etməklə əsassız varlanmış və bu gün də varlanmaqda davam edir. Cavabdeh1 və digər Cavabdeh2 həmin torpaq sahəsindən Pərvizin əldə etdiyi gəlirdən hər il əldə ediləcək qazanc pulundan 1000 manat ona (iddiaçıya) ödəyəyəcəyinə söz vermiş və buna əməl edəcəyini bildirmiş olsa da, əslində bu gün ona (iddiaçıya) tam aydın olmuşdur ki, Cavabdeh1 onu aldatmış və sabiq əri Cavabdeh2 ilə birlikdə ona qarşı ədalətsizlik edib, həmin torpaq sahəmdən onun istifadə etməyinə ciddi maneçilik törətməklə ona aid olan bu torpaq sahəsində əkib-becərmə işlərini həyata keçirməklə kifayət qədər qazanc əldə etsə də belə, bu müddətdə ona l (bir) manat da olsun pul verməmişdir. Dəfələrlə tələb etsə də bunu inkar edib, hətta torpağını da ona qaytarmayacağını dönə-dönə bildirib, “Get hara şikayət edirsən, et, mən sənə nə torpaq sahəsini, nə də pul verməyəcəm” deyərək “Bu torpağı Talıb mənə satıb, mən də ona pul vermişəm” deməklə, əslində həmin torpaq sahəsində uzun illərdən bəridir ki, qanunsuz istifadə edib, bu gün həmin torpaq sahəsi üzərində də ona aid olan mülkiyyət hüququnu ciddi və əhəmiyyətli pozmaqda davam etdiyini heç də gizlətmədən qanunsuz tələbkarlıq göstərib, torpağını qaytarmayacağını ona bildirir. Ona görə də məcbur olub bu iddia ərizəsilə məhkəməyə müraciət edib, sözügedən həmin torpaq sahəsinin məhkəmə qaydasında ona (iddiaçıya) qaytarılmasını və müvafiq məhkəmə qətnaməsinin çıxarılmasını tələb etməklə, həm də ona (iddiaçıya) vurulmuş 10000 manat məbləğ ziyan pulun da cavabdeh şəxs tərəfindən ona (iddiaçıya) ödənilməsinin, məhz məhkəmə qaydasında nizamlanılması, tənzimlənilməsini bu gün xahiş edib, əsaslı, qanuni bir tələbkarlığını nümayiş etdirməyi məqsədəmüvafiq bilib, məhkəməyə müraciət etməyi heç də əbəs deyil. Çünki mülki-mühakimə icraatı qaydasında məhz qanunun məlum tələbkarlığına və tələblərinə əsasən özgənin qanunsuz sahibliyindən əmlakını tələb etməyə səlahiyyətli olmaqla, pozulmuş hüquqlarının bərpasında haqlı tələbkar olduğu üçün bütün halda onun pozulmuş hüquqları bərpa edilməli və ona dəymiş maddi ziyan pulunun ödənilməsini də tələb etməkdə haqlı olduğu üçün bu tələbləri təmin edilməli və ədalətli məhkəmə araşdırmaları ilə ədalətli məhkəmə qətnaməsinin çıxardılması tələbkarlığında da pozulmuş hüquqları bərpa edilməlidir. Cəlilabad rayon Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 4 saylı bu məlum arayışdan bir daha məlum olur ki, Təzəkənd Bələdiyyəsi tərəfindən onun (İddiaçı) mülkiyyətinə 1.20 ha torpaq sahəsi verilmiş və bu torpaq sahəsi məhz onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin məhz ona aid olduğunu DƏDRX-nin Cəlilabad Ərazi Üzrə səlahiyyətli bu təşkilatın verdiyi sənəd də bir daha təsdiq edir. Ona aid olan 1.20 ha bu torpaq sahəsini Cavabdeh1 artıq 10 ildən çoxdur ki, istifadə edib, bu gün də həmin torpaq sahəsində əkinbecərmə işlərini həyata keçirməklə əsassız varlanmaqda davam edir. Bunların qarşısı qətiyyətlə, məhz qanunun tələbkarlığı üzrə alınmalı və sözügedən həmin torpaq sahəsi cavabdeh şəxsin qanunsuz sahibliyindən çıxarılmaqla, ona verilməklə bu torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüququ bərpa edilib ona dəymiş olan 10.000 manat məbləğ maddi ziyan pulun da cavabdeh bu şəxsdən alınaraq ona ödənilməsini təmin edəcək müvafiq məhkəmə aktı çıxarılmalıdır. Cavabdeh2 ilə nikahları məhkəmə qaydasında 27 dekabr 2022-ci il taridə ləğv edildiyindən, həmin məhkəmə qətnaməsinin məlum tələbkarlığında da bu qətnamənin surətini 19 yanvar 2024-cü il tarixdə əldə edib, Cəlilabad rayon Qeydiyyat şöbəsinə verdikdən sonra nikahları 23 yanvar 2024-cü il tarixdə pozulmuş və bu barədə “nikahın pozulması haqqında” müvafiq şəhadətnamə verilmişdir. Mübahisəli torpaq sahəsinin ona aid olduğunu və ona verildiyini çoxsaylı şahidləri də təsdiq edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışa əsasən onun (Cavabdeh2) və ailə üzvləri X6, X1, X14, X15, X3, X19, X4, X20, X2, X16, X7 mülkiyyətlərinə Cəlilabad rayon Təzəkənd kənd ərazisindən 9.370968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadə edirlər və əkib-becərirlər. İddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişdir, nə də digər cavabdehə iddiaçını aldadaraq satmamışdır. İddianı əsassız hesab edir. Mübahisəli torpaq sahəsini iddiaçının öz atası onun razılığı ilə digər cavabdehə satmışdır, buna görə heç bir halda cavabdehlər məsuliyyət daşıya bilməz. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayon Təzəkənd kənd ərazisində yerləşən 97.7 kv.m ibarət fərdi yaşayış evi və 0.23071 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi X5, X8, X9, X10, İddiaçı, X11, X12 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı çıxarışdan görünür ki, Cəlilabad rayon Təzəkənd kənd ərazisində yerləşən 6.1705 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, X12, X17, X10, İddiaçı, X8 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışdan görünür ki, X6, X1, X14, X15, X3, X19, X4, X21, X20, X2, X16, X7 mülkiyyətlərinə Cəlilabad rayon Təzəkənd kənd ərazisindən 9.370968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 30 avqust 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın notarial qaydada alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X5, X8, X9, X10, İddiaçı, X11 **********15 reyestr nömrəli çıxarışla birgə mülkiyyətlərində olan 6.1705 ha torpaq sahəsinin birgə mülkiyyətçi X18 məxsus 1.2 ha hissəsi istisna olmaqla 4.9705 ha hissəsi alıcı (cavabdeh) Cavabdeh1 satılmışdır, həmin 1.2 ha hissə isə mülkiyyətçi Bayramov İbrahim oğlunun xüsusi mülkiyyətində saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi onların razılıqları ilə notarial qaydada müqavilə bağlanılmaqla Cavabdeh1 satılmışdır, həmin torpaq sahəsinin qalıq 1.2 ha hissəsi isə birgə mülkiyyətçi olan X12 xüsusi mülkiyyətində saxlanılmışdır. Göründüyü kimi, iddiaçı öz razılığı ilə ona birgə mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsini xx.xx.2021-ci il tarixdə dəyəri ödənilməklə cavabdehə satmışdır, 1.2 ha hissə isə ona deyil, digər birgə mülkiyyətçi olan X18 verilmişdir. Cavabdeh X24 isə MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla birgə mülkiyyətçi kimi digərləri ilə yanaşı 9.370968 ha torpaq sahəsi məxsusdur və həmin torpaq sahəsində iddiaçının mülkiyyət payı yoxdur. İddiaçı cavabdeh X21 onu aldatmaqla ona məxsus olan 1.2 hektar torpaq sahəsini qanunsuz şəkildə Cavabdeh1 istifadəsinə verdiyini göstərsə də həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçıya iddiası ilə bağlı sübutların təqdim edilməsini təklif etsə də onun tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında isə iddiaçı ona yeni bir halın müəyyən olduğunu və iş üzrə əhəmiyyət kəsb edəcək sübutun müəyyən edildiyini, həmin sübutun DƏDRX-dən alınması və məhkəməyə təqdim edilməsi üçün ona 3-4 gün müddətinə vaxt verilməsini xahiş etmişdir, lakin 17 gün sonra xx.xx.2024-cü il tarixli baxış iclasında da iddiaçı hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin Təzəkənd bələdiyyəsi tərəfindən “Molbulak” bankına təqdim edilmək üçün tərtib edilmiş və X13 mülkiyyətində 1.2 ha torpaq sahəsinin olmasını göstərən xx.xx.2024-cü il tarixli arayışı qeyri-mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göründüyü kimi iddiaçı iddiasını əsaslandıracaq və həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X23 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və dəymiş ziyana görə 10000 manat pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1979/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1979/2024
21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver