Məhkəmə qərarları › İş №2(073)-21/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-21/2023

18.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-21/2023 18.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi, cavabdehin torpaqdan çıxarılması və 1000 (bir min) manat məbləğində təzminatın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi, cavabdehin torpaqdan çıxarılması və 1000 (bir min) manat məbləğində təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 9 saylı qərarı ilə ona və ailə üzvlərinə Cəlilabad rayonunun Cəfərxanlı kəndinin ərazisindən 0.35 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə dair onun və digər mülkiyyətçilərin adına JN 312A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin 0.05 hektarını zəbt edərək, qanunsuz tikililər inşa etdirmiş və həmin hissədə heyvan saxlayır. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını və qanunsuz inşa etdirdiyi tikililəri sökdürməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh və üçüncü şəxs Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-312 (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonunun Cəfərxanlı kəndinin ərazisindən 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/7003 saylı ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Cəfərxanlı kəndi keçmiş «V.Məmmədov» təsərrüfatının kompleks yerquruluşu layihəsi ilə naturada vətəndaşların faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar mövcuddur. Kompleks yerquruluşu layihəsində mövcud olan gediş-gəliş yolu vətəndaşların faktiki istifadələrində olan həyətyanı torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda iddiaçının istifadəsində olan torpaq sahəsi (0.375 ha) mülkiyyətində olan torpaq sahəsindən (0.35 ha) artıqdır. Həmin uyğunsuzluqlar səbəbindən Cəlilabad rayonu Cəfərxanlı kəndi keçmiş «V.Məmmədov» təsərrüfatının kompleks yerquruluşu layihəsinə əsasən JN 312A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mükün deyildir. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndi keçmiş «V.Məmmədov» təsərrüfatının kompleks yerquruluşu layihəsi ilə naturada vətəndaşların faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar mövcud olduğundan Cəlilabad rayonu Cəfərxanlı kəndi keçmiş «V.Məmmədov» təsərrüfatının kompleks yerquruluşu layihəsinə əsasən JN 312A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 9 saylı qərarı ilə ona və ailə üzvlərinə Cəlilabad rayonunun Cəfərxanlı kəndinin ərazisindən 0.35 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə dair onun və digər mülkiyyətçilərin adına JN 312A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt etdiyini, həmin torpaq sahəsində qanunsuz tikililər inşa etdirdiyini və həmin hissədə heyvan saxladığını iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən bir hissəsinin zəbt edildiyini, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa etdirildiyini və həmin hissədə heyvan saxladığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iddianın 1000 (bir min) manat məblində ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia etsə də, həmin halı halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən JN-312A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi, cavabdehin torpaqdan çıxarılması və 1000 (bir min) manat məbləğində təzminatın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar