Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2180/2024 05.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 2000-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Cəlilabad şəhər sakini Maraqlı şəxs ilə el adəti ilə ailə qurmuş, nikahlarını isə 04 yanvar 2019-cu ilədə rəsmləşdirmişlər. Birgə nikahlarından 05 oktyabr 2019-cu il tarixdə Zeynəb və 05 noyabr 2023-cü il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqadan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından ərizəçi alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024cü il tarixdə mediasiya prosesində MŞL/MT014/2024/00691 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 350 manat, iki uşağa görə cəmi 700 manat alimenti ərizəçiyə özü ödəyəcəkdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024/00691 saylı barışıq sazişinin təsdiq edilməsi, 04 yanvar 2019-cu ildə rəsmiləşdirilmiş birgə nikahlarından doğulmuş 05 oktyabr 2019-cu il təvəllüdlü X1 və 05 noyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 350 manat, iki uşağa görə 700 manat alimentin alınıb ona (ərizəçiyə) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 xx.xx.2019-cu ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 saylı qeydiyyat aparılaraq, arvada Əsədullayeva soyadı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024/00691 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 350 manat, cəmi 700 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyun ayının 01-dən başlamaqla, hər ayın 01-də gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu ilə birinci tərəfə-X3 ödəyəcəyinə öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 350 manat, cəmi 700 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi verilməsi barədə xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024/00691 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2180/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2180/2024
05.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver