Məhkəmə qərarları › İş №2(073)-2230/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2230/2024

07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2230/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbinə qarşı sertifikasiyanın nəticələrinin, xx.xx.2024-cü il tarixli, 73 saylı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbinə qarşı sertifıkasiyanın nəticələrinin, xx.xx.2024-ci il tarixli, 73 saylı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, sertifikasiyanın nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı *999-cu il tarixdən Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Fəaliyyəti müddətində yüzlərlə şagirdi yüksək nəticə əldə edərək ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Dörd övladı var. Onlardan biri məktəbli, digər üçü isə tələbədir. İddiaçı özü şəkərli diabet və onkoloji xəstəliyindən əziyyət çəkir. Ailənin yeganə qazanc gətirən şəxsi odur. İki dəfə sertifikasiyadan yüksək nəticə ilə keçərək fəaliyyətinə davam etmişdir. xx.xx.2024-ci il tarixdə Biləsuvar rayonunda keçirilən sertifikasiyada iştirak etmişdir. Sertifikasiyada qoyulmuş suallar iddiaçı üçün təcrübəli və savadlı olduğuna görə heç bir çətinlik yaratmamışdır. Lakin sonda iddiaçının nəticəsini yoxlayan şəxs bir neçə dəfə pin kod vasitəsi ilə yoxlamağa cəhd etsə də, sistem heç bir nəticə göstərmədi. Sonda kompyuterə necə müdaxilə edilmişsə iddiaçının nəticəsi 25 balla qiymətləndirilmişdir. Təbii ki, iddiaçı buna etiraz etdimişdir. Lakin etirazlarının heç bir nəticəsi olmamışdır. İddiaçı hətta vurmuş olduğu cavablara baxmaq istədiyini bildirsə də, buna heç bir əsas olmadan imkan verməmişlər. Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbin direktoru Nümayəndə* sertifıkasiyanın nəticələrini əsas götürərək iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxarmışdır. İddiaçı bundan narazı qalaraq aralarında olan mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. Direkor mediasiyada iştirak etməmişdir. İddiaçı Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbin direktoru Nümayəndə* tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 73 saylı əmri əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icrata xitam verilməlidir. Belə ki, işdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh2 Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbin direktoru Enur Quliyev tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 73 saylı əmrdən görünür ki, həmin əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il, 30 aprel tarixli, *55 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi-təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Göytəpə şəhər Vüqar Mürsəlov adına * №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı inzibati aktı, yəni imtahan nəticələrini və həmin nəticələr əsasında verilmiş əmri mübahisələndirir, əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə həmin nəticələr və Agentlik tərəfindən verilmiş həmin əmr əsasında qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aid olduğundan iş üzrə icraata xitam verilməlidir, iddiaçıya müvafiq yurisdiksiyalı inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 26*, 262, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * saylı orta məktəbinə qarşı sertifikasiyanın nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verisin. İddiaçıya Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar