Məhkəmə qərarları › İş №2(073)-2257/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2257/2024

15.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2257/2024 15.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs iştirakları ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01069 nömrəli barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Maraqlı şəxs ilə faktiki olaraq evlənmişlər nikahlarını isə rəsmiləşdirməmişilər. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə Zəhra və xx.xx.2024-ci il tarixdə isə İlkin adlı ik uşaqları doğulmuşdur. Cavabdeh Maraqlı şəxs ilə əvvəllər normal yaşalar da sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar, ayrıldıqdan sonra cavabdeh uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2024-01069 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, Maraqlı şəxs 2 nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, 2 uşağa görə cəmi 200 manat alimenti ona özü ödəyəçəkdir. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Ərizəçi ilə faktiki olaraq evlənmişlər nikahlarını isə rəsmiləşdirməmişilər. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə Zəhra və xx.xx.2024-ci il tarixdə isə İlkin adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən xx.xx.2023-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan (Maraqlı şəxs) hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin tutularaq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Həmin alimenti kartı vasitəsilə ödəməyə etiraz etmir. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT MT014/2024-01069 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2023-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin 05 iyul 2024-cü il tarixdən hesablanması və Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT MT014/2024-01069 saylı barışıq sazişi xx.xx.2023-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin alınıb Ərizəçi verilməsi və alimentin 05 iyul 2024-cü il tarixdən hesablanması hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar