Məhkəmə qərarları › İş №2(073)-2557/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2557/2024

10.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2557/2024 10.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cəlilabad rayon Cavabdeh*in nümayəndəsi Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X* iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdeh*ə qarşı Sertifikasiyanın nəticələrinin, xx.xx.2024-ci il tarixli, 62 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdeh*ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sertifikasiyanın nəticələrinin, xx.xx.2024-ci il tarixli, 62 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, *998-ci ildən Cəlilabad rayon Cavabdeh* ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmişdir. Fəaliyyəti müddətində yüzlərlə şagirdi yüksək nəticə əldə edərək ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bir dəfə sertifikasiyadan yüksək nəticə ilə keçərək fəaliyyətinə davam elmiş, xx.xx.2024-ci il tarixdə Biləsuvar rayonunda keçirilən sertifikasiyada iştirak etdim. O, təcrübəli və savadlı olduğuna görə Sertifikasiyada qoyulmuş suallar ona heç bir çətinlik yaratmamışdır. Lakin kompyuterdə imtahan suallarının yeri səbəbsiz olaraq tez-tez dəyişdirilirmiş, bnunun da nəticəsində düz cavablar səhv qiymətləndirilərək, sonda kompyuterə necə müdaxilə edilmişsə onun nəticə balı 25 balla qiymətləndirilmişdir. Təbii ki, o, buna etiraz etmiş, lakin etirazlarının hec bir nəticəsi olmamışdır. O, hətta vurduğu cavablara baxmaq istədiyini bildirsə də, buna heç bir əsas olmadan imkan verməmişlər. Cəlilabad rayon Cavabdeh* direktoru Cavabdeh2 sertifikasiyanın nəticələrini əsas götürərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxarmışdır. Bundan narazı qaldığı üçün aralarında olan mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin məktəbin direktoru mediasiyada iştirak etməmişdir. Hesab edir ki, Cəlilabad rayon Cavabdeh* direktoru Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 62 saylı əmr əsassız və qanunsuzdur. Belə ki, əgər sertifikasiyanın keçirildiyi yer üzrə müşahidə kameralarına baxış keçiriləsə qeyd etdiyi müdaxilələr öz təstiqini tapacaqdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən “İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqaviləsi ləğv edilə bilməz”. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin əsasları həmin Məcəllənin 68-ci maddəsində qeyd edilmişdir. Həmin normada işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Cavabdeh*in nümayəndəsi Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayon Cavabdeh*in direktoru vəzifəsində işləyir. İddiaçı tələbi Cəlilabad rayon Cavabdeh*ə qarşı düzgün yönəlməmişdir. Belə ki, cavabdeh tərəfindən çıxarılmış və iddianın mübahisə predmeti olan Cəlilabad rayon Cavabdeh*in 02.**.*998-ci il tarixli, 70 saylı əmri, əslində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-*3F/2024 saylı əmrinin icrasını təmin etmək məqsədi daşıyır. Həmin tələb inzibati hüquq münasibətlərindən əmələ gələn inzibati mübahisədir. Bu səbəbdən də iddiaçının cavabdeh Cəlilabad rayon Cavabdeh*ə qarşı tələbi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iddia tələbinə münasibət bildirərək verdiyi izahatında göstərdi ki, iddiaçının tələbi inzibati hüquq münasibətlərindən əmələ gələn inzibati mübahisədir və İnzibati məhkəmələrin səlahiyyətinə aid olan tələblərdəndir. Bu səbəbdən də hazırki mülki iş üzrə tələb əsl cavabdehə qarşı verilməmiş, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdeh*ə qarşı tələbi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cəlilabad rayon Cavabdeh*in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsaslanaraq işə cavabdeh Cəlilabad rayon Cavabdeh*in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-*3F/2024 saylı əmrindən görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X6 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X8 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zakatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X5 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi əmr edilmişdir. İşdə olan İT-İ *989537 saylı əmək kitabçasının surətindən görünür ki, Cəlilabad rayon Cavabdeh*in 02.**.*998-ci il tarixli, 70 saylı əmrinə əsasən X3 ixtisası üzrə Cəlilabad rayon Cavabdeh*ə müəllim təyin edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilmədiyi üçün Cəlilabad rayon Xəlilabad tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddia ərizəsindən, iş materiallarından və tərəflərin izahatlarından da görünür ki, iddiaçının tələbi sertifikasiyanın nəticələrinin ləğv edilməsi tələbi ilə bağlı inzibati münasibətlərdən irəli gələn inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, *36 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İİ bölməsinin, 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi inzibati orqandır. Həmçinin, həmin sertifikasiyanın nəticələrinin, Cəlilabad rayon Cavabdeh*in 27 iyun 2024-cü il tarixli, 62 saylı əmrinin ləğv edilməsi tələbinin kökündə inzibati mübahisə mövcuddur və tərəflərin arasında olan yuxarıda qeyd olunan inzibati mübahisələrin nəticəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.*-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.*-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.*-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun *0 aprel 20*5-ci il tarixli, 4 nömrəli qərarının 5.*-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisədir. Ona görə də hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdeh*ə qarşı Sertifikasiyanın nəticələrinin, xx.xx.2024-ci il tarixli, 62 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar