Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-268/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 sentyabr 2023-cü il tarixli, **********79 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmasına və əldən çıxmış faydanın əvəzi olaraq 17000 (on yeddi min) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh pul tələbinə dair qarşılıqlı iddia verərək, İddiaçı 10 000 (on min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qıznın nümayəndəsi Nümayəndə ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən torpaq sahəsini zəbt etmiş və 2011-ci ildən həmin torpaq sahəsindən istifadə edir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Bundan başqa, cavabdeh ötən müddət ərzində maneə törətdiyinə görə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə və gəlir əldə edə bilməmişdir. Halbuki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini icarəyə verəcəyi təqdirdə gəlir əldə edə bilərdi. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddiasında həmin torpaq sahəsini 10 000 (on min) manata aldığını göstərsə də, bununla bağlı iddaçı ilə cavabdeh arasında hər hansı formada razılaşma olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçının mərhum əri X12 onun dayısının oğludur. 2011-ci ilin yayında Daməd Məmmədov gələrək torpaq sahəsini 10 000 (on min) manata satdığını bildirmişdir. Daməd Məmmədovla razılığa gəldikdən sonra öz təsərrüfatında olan heyvanlarını satmış və 10 000 (on min) manat pul düzəldərək, Daməd Məmmədovun və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 10 000 (on min) manat ödəməklə almışdır. Həmin pulunu arvadının (cavabdehin) yanında mərhum dayısı oğlu Daməd Məmmədova və İddiaçı vermişdir. Həmin vaxt İddiaçı pulu sayaraq çantasına qoymuşdur. Dayısı oğlu Daməd Məmmədova etibar etdiyinə görə onunla aralarında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamış və pulu də hər hansı sənədə imza etdirmədən vermişdir. İddiaçı tərəfindən 10 000 (on min) manat pul qaytarılacağı təqdirdə torpaq sahəsindən çıxa bilər. Qeyd edilənlərin nəzərə alınaraq, ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin (qarşılıqlı iddiaçı) vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. 2011-ci ildə Cavabdeh dayısı oğlu Daməd Məmmədov onlara gələrək, torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Daməd Məmmədovla razılaşdıqdan sonra Cavabdeh Daməd Məmmədovdan 10 000 (on min) manat pulu düzəltmək üçün vaxt istəmiş və bir neçə gün ərzində həmin məbləği tamamlamışdır. Bundan bir neçə gün sonra Daməd Məmmədov arvadı Ağgul Məmmədova ilə onların yaşadığı evə gəlmiş və əri Cavabdeh 10 000 (on min) manat pulu onun iştirakı ilə sayaraq Daməd Məmmədova və arvadı İddiaçı vermişdir. Bundan sonra Daməd Məmmədov və İddiaçı çıxıb getmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun yaxın dostu və qohumudur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh dayısı oğlu Daməd Məmmədovu da tanımışdır. 2011-ci ildə Cavabdeh ona dayısı oğlu Daməd Məmmədovun özünə məxsus torpaq sahəsini satdığını və həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Buna görə də, Cavabdeh kömək edərək onun heyvanlarını satmışlar və torpağın pulu düzəltmişlər. Həmin vaxt Cavabdeh alqı-satqını rəsmiləşdirməsini tövsiyyə etmişdir. Bir neçə gün sonra isə Daməd Məmmədov arvadı İddiaçı ilə gəlmiş və Cavabdeh öz yanında onun yanında 10 000 (on min) manat pulu Daməd Məmmədova və İddiaçı vermişdir. İşdə olan JN-148 (Kod ********) saylı Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Sulu-Çeşmə kəndinin ərazisindən 2.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X5, X6, X7 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Sulu-Şeşmə kəndinin ərazisindən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, İddiaçı, X6, X7 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, arayışdan görünür ki, X12 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-143/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X9 qarşı 10 000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X22 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, vətəndaş İddiaçı ərizə ilə müraciət edərək ona məxsus 1.89 ha pay torpağından növbəli əkin aparmaqla buğda və kartof əkini aparıldığı halda əldə edəcəyi gəlir barədə məlumatlandırılmasını xahiş etmişdir. Dəmyə əkinlərdə normal aqrotexniki qaydalara əməl edildikdə 1 ha sahədə əkilən taxıldan orta hesabla 28-30 sentner məhsul götürmək mümkündür. 2023-cü il üçün 1 ha taxıl əkini aparılan əraziyə çəkilən xərc orta hesabla 580-600 manat təşkil etmiş, taxılın 1 kq-nın topdan satış qiyməti 0.30-0.32 manat olmuşdur. Yuxarıdakı göstəricilər nəzərə alınaraq 1.89 ha torpaq sahəsində buğda əkilməklə əldə olunan gəlirin orta hesabla 540 manat olması qənaitinə gəlinmişdir. 2023-ci il üçün 1 ha kartof əkininə çəkilən xərclər orta hesabla 8400-8800 manat olmuşdur. 2023-cü il mövsümündə kartofun 1 kq-nın sahədən satış qiymətinin orta hesabla 0.40 manat olması nəzərə alınarsa, 1 ha kartof sahəsindən əldə olunan gəlir rayonun həmin il kartof məhsulu istehsalı üzrə orta göstəricisinə (1 ha- 290 sentner) görə 11600 (on bir min alti yüz) manat təşkil edir. Yuxarda göstərilən istehsal xərclər nəzərə alınarsa 1,89 ha sahədə əkilən kartofdan bir ildə 5700 (beş min yeddi yüz) manat gəlir götürmək olar. Rayonun Suluçeşmə kəndi ərazisində 1 ha dəmyə əkin sahəsi taxıl əkini üçün icarəyə verildikdə illik icarə haqqı 150-200 manat, 1 ha suvarılan kartof əkin sahəsi üçün illik icarə haqqı 550-600 manat olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə ilk iddiaya qiymət verərək hesab edir ki, ilk iddia əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Sulu-Çeşmə kəndinin ərazisindən 2.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X5, X6, X7 və X10 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Sulu-Şeşmə kəndinin ərazisindən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, İddiaçı, X6, X7 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 2011-ci ildən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh istifadəsindədir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, Cavabdeh həmin torpaq sahəsini dəyərini ödəməklə iddiaçıdan aldığını iddia edərək, torpaq sahəsindən çıxmaqdan imtina edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 2011-ci ildən Cavabdeh istifadəsindədir və Cavabdeh həmin vaxtda torpaq sahəsini əkib-becərməklə faydalanır. İş materiallarından müəyyən edildiyi kimi cavabdeh (qarşılıqlı idiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı son 12 il ərzində əmlakından, yəni mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olmaqla, onu buğda əkməklə əldə edəcəyi (orta hesabla hər il üçün 540 manat) 6480 (altı min dörd yüz səksən) manat gəlirdən məhrum etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsini dəyərini ödəməklə aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh və İddiaçı arasında hər hansı razılaşmanın oldğunu müəyyən edilməmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən 10 000 (on min) manat pulun iddiaçı Ağgul Məmədovaya verilməsi halı üzrə dindirilmiş şahdlərin ifadələri isə həmin halın təsdiq edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi həmin şahidlərdən X2 Hüseynovun arvadı, X3 isə yaxın dostu və qohumudur. Belə halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqı iddiası əsassızdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Sulu-Çeşmə kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 6480 (altı min dörd yüz səksən) manat pul və 140 (bir yüz qırx) manat dövlət rüsumu alınıb iddiaçı (qarlışılıq iddia üzrə cavabdeh) İddiaçı verilsin. İlk iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-268/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-268/2024
29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver