Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2711/2023 02.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Maraqlı şəxs nümayəndəsi X1 oğlunun iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla (ərizəçi) maraqlı şəxs X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/8-00009 nömrəli barışıq sazişinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 17:00-dək onunla (ərizəçi ilə) ünsiyyət saxlamasına dair barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizçi tələbini onunla əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ilə 2015-ci ildə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci İl təvəllüdlü Məhəmməd adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətlərində problemlər olduğu üçün tərəfindən nikahın pozulması barədə məhkəməyə müraciət edilmiş və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-536/2022 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, övladı Məhəmməd Aşurovun anası Maraqlı şəxs yanında qalması və xx.xx.2022-ci il tarixdən başlayaraq ondan (ərizəçidən) xx.xx.2017-ci il təvəllüdlü Məhəmməd Aşurovun yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 150 manat məbləğində alimentin tutularaq Maraqlı şəxs qızma verilməsi qət edilmişdir. Uzun müddətdir ki, Maraqlı şəxs ilə ayrı yaşayırlar və o (ərizəçi) azayaşlı övladı Məhəmməd Aşurovu görə bilmir, onunla ünsiyyət saxlaya bilmir. O uşaqla ünsiyyət barədə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmiş, həmin təşkilatın mediatoru tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/8-00009 nömrəli Barışıq Sazişi təsdiq edilmişdir. Həmin sazişə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 17:00-dək atası ilə ünsiyyət saxlaması barədə razılığa gəlmişlər və ümumilikdə tərəfindən 150 (yüz əlli) manat mediasiya xərci ödənilmişdir. Lakin maraqlı tərəf uşaqla ünsiyyətə razılıq verməsinə dair öz üzərinə öhdəlik götürsə də, öhdəliyini pozaraq barışıq sazişini icra etmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X4 tərəflər arasında bağlanmış barışıq sazişində göstərilən şərtlər daxilində ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2017-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 536/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında Cəlilabad rayon Hamarqışlaq kənd İƏDÜ Nümayəndəlikdə bağlanmış xx.xx.2015-ci il tarixli, 22 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 anası Maraqlı şəxs yanında qalması və xx.xx.2022-ci il tarixdən başlayaraq X3 xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs qızna verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/8-00009 nömrəli Barışıq Sazişindən görünür ki, Aşurov Ərizəçi Zeynəb Rahim qızı ilə birgə nikahdan anadan olan övladı xx.xx.2017-ci il təvəllüdlü X6 ilə xx.xx.2022-ci ili tarixdən etibarən hər həftənin bazar günü, ayda 4 (dörd) dəfə olmaqla saat 11:00-dan axşam saat 17:00-dək ünsiyyətdə olmağa, uşağı Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları 8-ci məhəllə ünvanından götürərərək, həmin ünvana qaytarmağı, Maraqlı şəxs həmin gün uşağı ataya vermək imkanı olmaqdıqda, bu barədə əvvəlcədən razılaşaraq uşaqla ünsiyyəti qarşılıqlı razılıq əsasında digər günlə əvəz edəcəkləri, ikinci tərəf Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan anadan olan oğlu xx.xx.2017-ci il təvəllüdlü X6 ilə xx.xx.2022-ci il tarixdən etibarən hər həftənin bazar günü, ayda 4 (dörd) dəfə saat 11:00-dan axşam saat 17:00-dək atası ilə ünsiyyətdə olmasına, uşağın atasına Sumqayıt şəhəri, Ceyranbatan BTZ bağları 8-ci məhəllə ünvanından təhfıl verilməsi və o ünvana da təhfıl alınması, uşağı ataya vermək imkanı olmaqdıqda o, bu barədə əvvəlcədən birinci tərəflə razılaşaraq uşaqla ünsiyyət vaxtını qarşılıqlı razılıq əsasında digər günlə əvəz edəcəkləri barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs oğlu barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 10:00-dan 17:00-dək ünsiyyət saxlamasına dair tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/8-00009 nömrəli barışıq sazişi (Aşurov Ərizəçi Zeynəb Rahim qızı ilə birgə nikahdan anadan olan övladı xx.xx.2017-ci il təvəllüdlü X6 ilə xx.xx.2022-ci ili tarixdən etibarən hər həftənin bazar günü, ayda 4 (dörd) dəfə olmaqla saat 11:00-dan axşam saat 17:00-dək ünsiyyətdə olması, uşağı Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları 8-ci məhəllə ünvanından götürərərək, həmin ünvana qaytarması, Maraqlı şəxs həmin gün uşağı ataya vermək imkanı olmaqdıqda bu barədə əvvəlcədən razılaşaraq uşaqla ünsiyyəti qarşılıqlı razılıq əsasında digər günlə əvəz edəcəkləri, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan anadan olan oğlu xx.xx.2017-ci il təvəllüdlü X6 ilə xx.xx.2022-ci il tarixdən etibarən hər həftənin bazar günü, ayda 4 (dörd) dəfə saat 11:00-dan axşam saat 17:00-dək atası ilə ünsiyyətdə olmasına, uşağın atasına Sumqayıt şəhəri, Ceyranbatan BTZ bağları 8-ci məhəllə ünvanından təhvil verilməsi və o ünvana da təhfıl alınması, uşağı ataya vermək imkanı olmaqdıqda bu barədə əvvəlcədən birinci tərəflə razılaşaraq uşaqla ünsiyyət vaxtını qarşılıqlı razılıq əsasında digər günlə əvəz edəcəkləri barədə gəldikləri razılığa əsasən) təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-2711/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2711/2023
02.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver