Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2758/2023 07.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02630 nömrəli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2009-cu il tarixdə Maraqlı şəxs ilə el adəti ilə toy edib ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddət ərzində xx.xx.2011-ci il təvəllüdlü Qumral və xx.xx.2013-cü il təvəllüdlü Samir adlı övladları doğulmuşdur. O, Maraqlı şəxs ilə ailə qurduqdan sonra normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri pozulmuşdur. Maraqlı şəxs onlara qarşı laqeydlik etmiş, uşaqlara baxmamışdır. Onlar nikahın pozulması və aliment tələbi üzrə mediasiya prosesində iştirak etmiş, xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02630 nömrəli Barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs verdiyi izahatında göstərdi ki, Ərizəçi ilə el adəti ilə toy edib ailə qurmuş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddət ərzində xx.xx.2011-ci il təvəllüdlü Qumral və xx.xx.2013-cü il təvəllüdlü Samir adlı övladları doğulmuşdur. O, Ərizəçi ilə ailə qurduqdan sonra normal yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ərizəçi ilə aralarında bağlanmış Barışıq sazişinə əsasən övladları Qumral və Samirin yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment ödəmək öhdəliyi götürmüşdür. Lakin maddi imkanı olmadığına görə həmin alimenti ödəyə bilməmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 733373 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 21 may 2011-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 092245 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 19 fevral 2013-cü il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02630 nömrəli Barışıq Sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs nikahın pozulması və aliment tələbi üzrə mediasiya prosesində iştirak etmiş, aralarında xx.xx.2017-ci il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları Ərizəçi yanında qalmaları barədə razılaşmışlar. Maraqlı şəxs həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment ödəməsi barədə öhdəlik götürmüşdür . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməli, barışıq sazişi aliment hissəsində məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02630 nömrəli barışıq sazişi aliment hissəsində təsdiq edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2758/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2758/2023
07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver