Məhkəmə qərarları › İş №2(073)-2763/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2763/2023

14.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2763/2023 14.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 06 oktyabr 2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-02450 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 22 aprel 2020-ci il təvəllüdlü X4 və 15 aprel 2022-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Maraqlı şəxs ilə ailə qurmuşlar və onların birgə nikahından 22 aprel 2020-ci il tarixdə X4 və 15 aprel 2022-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra o, Maraqlı şəxs uşaqlarına baxmadığını görüb mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesi dövründə barışıq sazişi bağlamışlar və könüllü razılaşma əsasında hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən, razılaşmada qeyd edilən öhdəlikləri icra etməyi öz üzərlərinə götürmüşlər. İcranın gecikdirilməsi əsas verir ki, o, barışıq sazişində qeyd edilmiş öhdəliklər barədə mübahisəsiz qaydada məhkəməyə müraciət etsin. Ödənişə yalnız bir ay müddətində güzəşt etmək mümkün olduğu bildirilməklə, tərəflərə Mediasiya haqqında Qanunun mahiyyəti və barışıq sazişinin şərtləri izah edilmiş, barışıq sazişinin şərtlərinə dair tərəflərdən heç bir etiraz daxil olmamışdır. Onlarla, yəni iş üzrə tərəflərlə aparılmış söhbət zamanı heç bir təzyiq və məcburetmə olmamışdır. Lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən tam icra edilməmişdir. Sonda ərizəçi qeyd edilənlərə əsasən Maraqlı şəxs ilə 06 oktyabr 2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-02450 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 22 aprel 2020-ci il təvəllüdlü X4 və 15 aprel 2022-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 1781/12 saylı nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 16 dekabr 2019-cu il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 463 saylı qeydiyyat aparılaraq, arvada Qubadlı soyadı verilmişdir. İşdə olan AZ-İV 423348 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 aprel 2020-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İV 733846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 aprel 2022-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 06 oktyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02450 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə nikahın pozulması və aliment mübahisəsinə Lənkəran 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Qubadlı X3 İsmayıl Ataxan oğlu ilə aralarında 16 dekabr 2019-cu il tarixdə bağlanmış nikahın davam etdirilməsinə razı olmamışlar, tərəflər birgə nikahlarından doğulmuş 22 aprel 2020-ci il təvəllüdlü X4 və 15 aprel 2022-ci il təvəllüdlü X2 anaları Ərizəçi yanında saxlanılmasına razılaşmışlar, ikinci tərəf Maraqlı şəxs 22 aprel 2020-ci il təvəllüdlü X4 və 15 aprel 2022-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment pulunu birinci tərəf Ərizəçi hər ayın 10-da nağd qaydada, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi Qubadlı X3 İsmayıl Ataxan oğlu ilə ailə qurmuşlar və nikahlarını 16 dekabr 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 22 aprel 2020-ci il tarixdə X4 və 15 aprel 2022-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 06 oktyabr 2023-cü il tarixdə Qubadlı X3 İsmayıl Ataxan oğlu ilə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-02450 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 80 manat olmaqla, iki uşağa görə cəmi 160 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 06 oktyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02450 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 22 aprel 2020-ci il təvəllüdlü X1 və 15 aprel 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay bir uşağa görə 80 manat olmaqla, iki uşağa görə cəmi 160 manat aliment alınıb Ərizəçi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 06 oktyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02450 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 22 aprel 2020-ci il təvəllüdlü X1 və 15 aprel 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, iki uşağa görə cəmi 160 (bir yüz altmış) manat aliment alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar