Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-289/2024 17.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, İddiaçı X8 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı X8 Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X21 Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Günəşli kəndində yerləşən X7 məxsus torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində X8 vərəsəlik hüququnun tanınmasına və miras əmlakda payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası (iddiaçının) X18 22 iyul 1998-ci ildə, anası X12 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. Ailədə 7 uşaq olduğundan ata-ananın 7 vərəsəsi qalmışdır. Vərəsələrin hamısı ata evində yaşamış, həmin ata həyətində və evində bütün vərəsələrin mülkiyyət hüququ vardır. X36 ata-anadan miras qalmış evi qanunsuz olaraq özəlləşdirmiş, özü rəhmətə gedəndən sonra oğlu Cavabdeh həmin həyətdə başqa vərəsələrə ev tikməyə imkan verməmiş, evin və həyətyanı torpaq sahəsinin onun oldğunu və iddiaçıya vərəsəlik hüququnun olmadığını bildirmişdir. Bütövlükdə ata-anadan miras qalmış yaşayış evində heç kimin razılığı olmadan Sakit Hüseynovun övladlarının və həyat yoldaşının yaşaması, başqa vərəsələrin ata mülkündən istifadə etməyinə imkan verməməsi bütün övladların vərəsəlik hüququnun kobud surətdə pozulması deməkdir. Ata-ananın 7 övladı olduğu halda miras əmlakın yalnız bir övlad tərəfindən mənimsənilməsi qanunun tapdalanmasıdır. 20 nəfərdən çox olan 7 ailənin pozulmuş hüququnun bərpa edilməsinə məhkəmə qaydasında zərurət vardır. Ona görə də bu iddia tələbinə qanun çərçivəsində ciddi surətdə baxılmalı və ədalətli qərar qəbul edilməlidir. Miras qoyanların - X5 X18 ilə nikah haqqnda şəhadətnaməsi olmuş, yəni onların nikahı rəsmi qaydada qeydə alınmışdır. X3 bağışlama haqqında müqaviləni imzalayarkən nortariusa saxta sənəd təqdim etmiş, ərizə yazaraq guya subay olduğunu bildirmiş, notarius da bunu əsas tutaraq digər vərəsələri vərəsəlik hüququndan məhrum etmiş, bununla da qanunsuz və saxta bağışlama müqaviləsinə əsasən ev X9 adına keçmiş və digər vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 1131.1, 1134 və 1159.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərin onun izahatını kimi qəbul edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X18 ilə X10 xx.xx.1962-ci ildə nikahlarını bağlamışlar və arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X21 xx.xx.1966-cı ildə doğulmuşdur, atası X19, anası X6r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , X18 xx.xx.1998-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , X12 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Günəşli kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 mərhum anası X12 anadan olduğu vaxtdan vəfat etdiyi vaxtadək Cəlilabad rayonu Günəşli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X2, X23, X13, X20, X21, X14, X15 adlı övladları vardır. X5 ölümündən sonra onun Cəlilabad rayonu Günəşli kəndində yerləşən bütün əmlakına mərhum oğlu X1 etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X12 mülkiyyətində olan Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X16 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X9 mülkiyyətindədir. Beləlilklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının vərəsəlik hüququnun tanınmasını tələb etdiyi və miras əmlak kimi göstərdiyi Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X12 mülkiyyətində həmin torpaq sahəsini və fərdi yaşayış evini X16 bağışlamış və həmin əmlaklar hazırda Sakit Hüseynovun mülkiyyətindədir. İddiaçı həmin əmlakların mərhum anası X4 qalmış miras əmlak olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İş materiallarından müəyyən edildiyi kimi Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X12 mülkiyyətində həmin torpaq sahəsini və fərdi yaşayış evini X16 bağışlamış və həmin əmlaklar hazırda Sakit Hüseynovun mülkiyyətindədir. İddiaçının mərhum anası X12 öldüyü vaxt Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmamış və buna görə də həmin əmlaklar ondan qalmış miras kimi qəbul edilə bilməz. Məhkəmə iclasında Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0.36 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X9 adına DƏDRX tərəfindən verilmiş çıxarış mübahisələndirilməmiş, həmin müqavilənin və çıxarışın etibarsız hesab edildiyi və ya ləğv edildiyi məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək iddianın əsassız olması qənaətinə gəlir. Belə ki, iddiaçı məhkəmədə qanun üzrə vərələrin tanınması, miras əmlak payın naturada müəyyən edilməsi və həmin paylara mülkiyyətçilərin tanınmasını istəsə də, məhkəmə iclasında onun mirası qəbul etməsi faktı müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X8 Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı X17 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-289/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-289/2024
17.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver