Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-303/2024 14.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 30000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 30000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Rusiya Federasiyasının Sverdlovski vilayətinin Yekatrinburq şəhərində işlədiyi dövrlərdə Azərbaycan Respublikasında yaşayan qardaşına onun üçün ev tapmasını xahiş etmişdir. X7 ona telefon vasitəsi ilə Hacı İntiqam, yəni X4 öz evini satdığını bildirmişdir. Lakin həmin vaxtı İntiqam Əliyevin evi əvvəlki sahibi X1 adında qalmışdır, öz adına sənədləşdirməmişdir. O, evi almağa razılığ vermiş və 2010-cu ildə yay aylarında Hacı İntiqamla danışıb evi 3000 ABŞ dollarına almışdır. Pulu çatmadığı üçün əvvəlcə 25000 ABŞ dolları vermiş, qalan 5000 ABŞ dolları isə alqı-satqı olduqdan qısa müddət sonra qardaşı Asif Ağayev tərəfindən əvvəlcə 2000 ABŞ dolları, sonra 3000 ABŞ dolları evin sahibinə verilmişdir. Evin rəsmi satıldığı 12000 manat məbləğ də 30000 ABŞ dolları məbləğinə daxildir. Sonra qardaşı evin əvvəlki sahibi Cəlilabad şəhər sakini X2 ilə razılaşaraq evin sənədləşməsi üçün notariat kontoruna getmişlər. Lakin o, həmin vaxtalar Rusiya Federasiyasında olduğundan və etibar etdiyi üçün evin sənədləşməsi bacısı Cavabdeh adına rəsmiləşdirilmişdir. Belə ki, o, bacısı Cavabdeh etibar etmiş və bütün ailə üzvləri də bilmişlər ki, evi o, özü üçün alır. Həmin dövrdə qardaşı Asif Ağayevin öz ailə münaqişəsi olduğundan və arvadı ilə aralarında narazılıq olduğu üçün evi qardaşı Asif Ağayevin adına almamışdır. Asif Ağayev öz evini satdığı üçün Asifin də onun aldığı evdə yaşamasını istəmişdir. Evin pulu satıcıya qardaşı Asif Ağayev tərəfindən verilmiş, satıçı da evin onun üçün alınmasını bilmişdir. O, Rusiya Federasiyasından qayıtıdqdan sonra həmin evə xərc çəkərək yaşamağa yararlı hala gətirmiş, həmin evdə o, qardaşı Asif və onun ailə üzvləri və digər bacısı yaşamışlar. Cavabdeh olan bacısı Cavabdeh həmin evdə heç vaxt yaşamamışdır. Lakin qardaşı Asif Ağayevin ailəsi ilə münasibətləri pisləşdiyi üçün nikahları pozulmuşdur. Elə bu səbəbə görə də cavabdeh bacısı Cavabdeh qardaşı Asif Ağayevin və onun ailə üzvlərinin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və işə Cəlilabad Rayon Məhkəməsində baxılaraq bacısı Cavabdeh iddiası təmin edilmiş və qardaşı Asif Ağayev ailə üzvləri ilə birlikdə evdən çıxarılmışlar. O, və evdə yaşayan digər şəxlər isə yaşamağa davam etmişlər. Ev Cavabdeh adına rəsmiləşdirilsə də onun pulu ilə alınmışdır. Bunu evin satıcısı və digər bacı-qardaşları da təsdiq edə bilərlər. Buna baxmayaraq Cavabdeh nə evi onun adına sənədləşdirmir nədə ki, pulunu vermir. Hazırda iş üzrə Cavabdeh nümayəndəsi və 2021-ci ildən əri olan Zahid Nağıyev bacısı Cavabdeh bu hərəkəti etməyə təhrik etmişdir. Zahid Nağıyevin məqsədi həmin evi öz məqsədləri üçün əldə edib satmaq, daha sonra da bacısı Cavabdeh atıb getməkdir. Zahid Nağıyev evə görə bacısı Cavabdeh ilə evlənib. Bacısı Cavabdeh sağlamlığında problem olduğu üçün daim valideynlərinin və onların himayəsində olmuş, heç bir kommersiya fəaliyyəti və qazancı olmamışdır. Cavabdeh evin adına olmasından sui-istifadə edərək onun əmlakını mənimsədiyi və ona qaytarmadığı üçün o, da məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X13 iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X15 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə 16 iyul 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh 54 yaşına qadar ailə qurmamış, 25 yaşından bizneslə maşğul olmuşdur. Cavabdeh Bakı şəhərində ev almış, orada yaşamaq niyyati ilə 30 il vəsait toplamışdır. Cavabdehin niyyətini bilən 56 yaşlı, heç vaxt aile hayatı qurmayan cavabdehin böyük bacısı Xuraman cavabdehin bu niyyətini Rusiya Fedarasiyasında yaşayan qardaşı İddiaçı xabar vermiş, İddiaçı bu xabari alan kimi dərhal Cəlilabad rayonunun Qarakazımlı kəndinə gəlmiş və cavabdehə bildirmiş ki, “bacı sənin Bakıda nə işin var, qal Cəlilabad şəhərində sənə burdan ev alaq, həyətində də dükan tikək. Həm Cəlilabad şəhərində yaşa, həm də bizneslə maşğul ol”. Cavabdeh bacı və qardaşının təzyiqinə dözə bilməyib, çarəsizlikdən razı olmuşdur. İddiaçılə Cavabdeh danışıqlarından bir gün sonra cavabdehə bildirmiş ki, “bacı Novoqalovka yolunun üstünde stəkan-nəlbəkidan 200 metr aralıda 10 sot torpağın içərisində təzə tikilmiş, tamirli, 2 mərtəbəli ev tapmışam, onu alaq sənə qal Calilabad şəhərində. Biz evə baxdıq ev yaşamaq üçün yararlı idi, yəni təzə tamir edilmişdir. Həyəti də böyük idi, metal tordan çəpər çekilmişdir. Obyekti də burada, çəpərin içərisində yol tərəfdə tikərik”. İddiaçı evi arvadı Aygünün adına sənədləşdirmək istəyirmiş, səbəbini də belə asaslandırırmış ki, “bacı sən ailə qurmamısan, bundan sonra da ailə qurmayacaqsan, onsuz da sən həmişəlik manim himayəmdə olacaqsan. Həm də Aygünün yaxşı qohumaqrabası var, obyektə ilişməzlər”. Cavabdeh iddiaçının bu alçaldıcı təklifinə etiraz etmiş və bidirmiş ki, “ev mənim öz adıma olacaq”. İddiaçı ev almaq üçün Cavabdeh 40000 ABŞ dolları və 1000 manat pul almışdır. Bundan sonra iddiaçı ilə cavabdeh Notariat ofisinə getmişlər və orada cavabdeh müəyyən sənədlərə imza etmişdir. Notariat ofisində pul alışverişi olmamış, iddiaçı cavabdehə bildirmiş ki, “pulu ev sahibinə evində verdim, narahat olma”. Beləliklə cavabdeh 2010-cu ildə ünvan 1 ünvanında öz vəsaiti ilə, şəriksiz olaraq şəxsi əmlak almışdır. Həmin vaxtlar cavabdehin, həmçinin iddiaçının X7 evini satdığı üçün, cavabdehdən xahiş etmiş ki, “bacı mən uzağı 6 aya ev alacağam, icazə ver ev alana qədər sənin evində qalım”. Cavabdeh də baci kimi buna etiraz etməmişdir. Bu əsasla Asif Ağayev xx.xx.2023-cü ilə qədər cavabdehin evində yaşamış və evdən çıxmamaq üçün hər cür qeyri-etik, qeyri-qanuni amillərə əl atmışdır. Nəhayət cavabdeh qardaşı Asif Ağayevin və onun ailə üzvlərinin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehin iddiası təmin edilərək, Asif Ağayevin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Asif Ağayev hətda 5 il məhkəmə qərarına hörmətsizlik də etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, İddiaçı X7 onun sinif yoldaşıdır. Günlərin birində Asif Ağayev ona bildirmişdir ki, “əgər evi satırsansa mən almaq istəyirəmo, öz növbəsində evi 30000 ABŞ dollarına satmaq istədiyini bildirmişdir. Sonra Asif və İddiaçılər evi almaq üçün onunla görüşmüşlər və evə baxıb bəyəndikdən sonra, evi alan şəxs İddiaçılə aralarında olan razılaşmaya əsasən, 2010-cu ildə evi 30000 ABŞ dollarına İddiaçı satmış, həmin məbləğin 25000 ABŞ dollarını nəğd, qalan 5000 ABŞ dollarını isə 2011-ci ildə 2 dəfəyə 2000 və 3000 ABŞ dolları olmaqla Asif Ağayev onun qardaşı İltimasa poçt vasitəsi ilə göndərmişdir. O, Bahar adlı şəxs görməmiş, evi İddiaçı 30000 ABŞ dollarına satmış və evin pulunu da İddiaçı ona vermişdir. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün evi bacısı Baharın adına rəsmiləşdirmişlər. Alqı-satqı olarkən ev 12000 manata rəsmiləşdirilmiş, beləki əvvəlcədən verilən 25000 ABŞ dollarının bir hissəsini öz ehtiyaclarına xərcləmişdir. Həmin 12000 manat əvvəl verilən 25000 ABŞ dolları məbləğinin bir hissəsidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 verdiyi izahatında bildirdi ki, İddiaçı onun qardaşı, Cavabdeh isə bacısıdır. Mübahisə predmeti olan evlə bağlı həqiqət olan odur ki, həmin evi qardaşı İddiaçı 2010-cu ildə Cəlilabad şəhər sakini X3 30000 ABŞ dollarına özü üçün almışdır. Lakin ev sənədləşdirilən vaxt qardaşı İddiaçı Rusiya Federasiyasında olduğundan və digər qardaşı Asif Ağayevin ailə problemləri olduğu üçün evin sənədləşməsi bacısı Cavabdeh adına rəsmiləşdirilmişdir. Bacısı Cavabdeh həmin məbləğə ev almaq üçün maddi imkanı yoxdur. Cavabdeh heç bir biznesi və pulu olmayıb. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, o, mübahisəli həmin evdə usta kimi işləməklə, suvaq, beton və digər işlərini görmüşdür. Həmin işlərin görülməsini İddiaçılə razılaşmışlar, gördüyü işlərin tikinti materiallarını İddiaçı almış və onun zəhmat haqqını İddiaçı Azərbaycan Respublikasında olduğu müddətdə özü vermiş, Rusiya Federasiyasında olduqda isə qardaşı Asif Ağayev vasitəsi ilə ona çatdırmışdır. O, həmin evin İddiaçı məxsus olduğunu bilir, Cavabdeh özü ailəsinin himayəsində yaşayıb, ev almaq imkanı olmamışdır. İşdə olan Cəlilabad rayon 2 saylı Dövlət notariat kontorunun X2 ilə Cavabdeh arasında olan 02 iyul 2010-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 özünə məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 1995-ci ildə inşa edilmiş, ümumi sahəsi 144,4 kv/m-dən ibarət fərdi yaşayış evini alıcı 12000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi, **********27-10301 reyestr nömrəsilə xüsusi mülkiyyət hüququ əsasında 03 iyun 2010-cu il tarixdə ********** nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Zolotaya Karona fiziki şəxsin pul köçürməsi barədə ərizəsi Zolotaya Karona surətli pul köçürmə sisteminin ərizə formasından görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Zolotaya Karona vasitəsi ilə X6 adına 2000 ABŞ dolları məbləğində pul köçürmüşdür. İşdə olan AZ-İİ 429773 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh nikahlarını 16 iyul 2021-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 saylı qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Ağayev X16 Federasiyasının Sverdlovski vilayətinin Yekatrinburq şəhərində işlədiyi dövrlərdə Azərbaycan Respublikasında yaşayan qardaşı Asif Ağayevlə danışaraq onun üçün ev almasını xahiş etmiş, X7 da iddiaçıya telefon vasitəsi ilə İntiqam Əliyevin öz evini 30000 ABŞ dollarına satdığını bildirmişdir. İddiaçı həmin vaxtlar Rusiya Federasiyasının vətəndaşı olduğu üçün evi öz adına sənədləşdirməmiş, evi bacısı Cavabdeh adına rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı bacısı Cavabdeh etibar etmiş və bütün ailə üzvləri də bilmişlər ki, evi iddiaçı özü üçün alır. Həmin dövrdə qardaşı Asif Ağayev öz ailəsi ilə münaqişəli olduğundan və arvadı ilə aralarında narazılıq olduğu üçün evi qardaşı Asif Ağayevin adına almamış və həmin vaxt qardaşı Asif Ağayev öz evini satdığı üçün iddiaçı qardaşı Asifin də iddiaçının aldığı evdə yaşamasını istəmişdir. İddiaçı evi 30000 ABŞ dollarına alması barədə razılığa gəldikdən sonra evin sahibi X9 əvvəlcə 25000 ABŞ dolları vermiş, qalan 5000 ABŞ dolları isə alqı-satqı olduqdan qısa müddət sonra iddiaçının qardaşı Asif Ağayev tərəfindən əvvəlcə 2000 ABŞ dolları, sonra 3000 ABŞ dolları evin sahibinə verilmişdir. Evin rəsmi satıldığı 12000 manat məbləğ də 30000 ABŞ dolları məbləğinə daxildir. İddiaçının qardaşı Asif Ağayevlə ailəsi arasında ailə münasibətləri pisləşdiyi üçün nikahları pozulmuşdur. Elə bu səbəbə görə də bacısı Cavabdeh qardaşı Asif Ağayevin və onun ailə üzvlərinin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və işə Cəlilabad Rayon Məhkəməsində baxılaraq bacısı Cavabdeh iddiası təmin edilmiş və qardaşı Asif Ağayev ailə üzvləri ilə birlikdə evdən çıxarılmışlar. İddiaçı və evdə yaşayan digər şəxlər isə yaşamağa davam etmişlər. Məhkəmə iclasında iddiaçının və şahidlərin verdiyi izahatlarla və iş materialları ilə iddiaçının tələbinin əsaslı olması öz təsdiqini tapır. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 30000 ABŞ dollarının alınaraq ona verilməsi tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar vəsənədliqiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 30000 ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 240 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 30000 (otuz min) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 (iki yüz qırx) manat məbləğlərində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-303/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-303/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver