Məhkəmə qərarları › İş №2(073)-3102/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3102/2024

30.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3102/2024 30.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00471 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə faktiki olaraq evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadqları müddətdə xx.xx.2022-ci il təvəllüdlü Baqir adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞM/MT03 6/2024-00471 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2024-cü ilin iyul ayından başlayaraq gələn hər növbəti ayın 15-dən 20dək 180 (bir yüz səksən) manat məbləğində alimenti ərizəçiyə poçt vasitəsilə və ya bank kartına ödəməyi öhdəsinə götürür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan sazişin tələblərinə əməl etməyərək 3 ay hissə-hissə aliment ödəmiş, bu ay isə cəmi 100 manat pul ödəmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞM/MT036/2024-00471 barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2022cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb ona (ərizəçiyə) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs verdiyi izahatında göstərmişdir ki, barışıq sazişinin təsdiq edilməsinə etiraz edir, bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Bildirmişdir ki, həmin sazişlə 180 manat ödəməyi öhdəsinə götürsə də hazırda maddi imkanı zəifdir və aylıq 180 manat ödəmək iqtirarında deyildir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00471 saylı Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2024-cü ilin iyul ayından başlayaraq gələn hər növbəti ayın 15-dən 20-dək 180 (bir yüz səksən) manat məbləğində alimenti ərizəçiyə poçt vasitəsilə və ya bank kartına köçürməklə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməli, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, maraqlı şəxs hər hansı iradə zədələnməsi olmadan könüllü olaraq həmin sazişi təsdiq etmiş və hər ay 180 manat aliment ödənilməsi öhdəliyi götürmüşdür, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Buna görə də maraqlı şəxsin barışıq sazişinə etiraz etməsi ilə bağlı ərizəsi əsaslı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00471 saylı Barışıq sazişi Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 180 (bir yüz səksən) manat alimentin tutularaq Ərizəçi verilməsi hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar