Məhkəmə qərarları › İş №2(073)-3217/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3217/2024

14.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3217/2024 14.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00753 saylı Barışıq sazişinə əsasən 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X2 üçün 200 manat alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsasladıraraq ərizəsində qeyd etmişdir ki, o, maraqlı şəxs olan Maraqlı şəxs ilə el adətinə uyğun ailə həyatı qurmuşlar və 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından uşaqları 24 aprel 2008-ci il tarixdə X7 və 17 iyun 2009-cu il tarixdə X8 doğulmuşdur. Ailə qurduqdan sonra münasibətləri qaydasında olsa da, sonradan ailə münasibətlərində problemlər olduğu üçün ayrılmışlar. Uşaqlar onunla birlikdə yaşayır və ataları uşaqlarının saxlanılması üçün aliment ödəyir. Lakin uşaqları artıq böyümüşlər və tələbatları da artmışdır. Bu səbəbdən alimentin məbləğinin artırılmasını tələb edir. Alimentin artırılması tələbi ilə Masallı 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və həmin Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00753 saylı Barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişə əsasən 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ayın 10-dan 25-dək 200 manat məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs alimentin ödənilməsini üzərinə öhdəlik götürsə də, götürdüyü öhədiliyini pozaraq barışıq sazişini icra etməmişdir. Sonda ərziəçi onunla Maraqlı şəxs arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00753 saylı Barışıq sazişinə əsasən 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X2 üçün 200 manat alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək ərizəni etiraf etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 097859 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 24 aprel 2008-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası X3r. İşdə olan AZ-İİ 296333 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 17 iyun 2009-cu il il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(073)- 1664/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cəlilabad rayonu Muğan kəndində yaşayan Maraqlı şəxs 23 iyul 2014-cü il tarixdən başlayaraq 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X1 ötrü, hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat aliment tutularaq Cəlilabad rayonu Muğan kəndində yaşayan Ərizəçi verilməsi qət edilmişdir. İşdə olan 18 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00753 nömrəli barışıq sazişindən görünür ki, tərəflərin birgə uşaqları 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(073)-1664/2014 saylı qətnaməsi ilə təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləği artırılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilir və 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 18 sentyabr 2024-cü il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrası tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 18 sentyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 213, 216-220, 233, 307, 311, 355-23, 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Tərəflərin birgə uşaqları 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(073)-1664/2014 saylı qətnaməsi ilə təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləği artırılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilir.

2. 24 aprel 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar