Məhkəmə qərarları › İş №2(073)-329/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-329/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-329/2023 07.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı, cavabdehlər X1, Cavabdeh2nın, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin çıxarılmaqla ona və ailə üzvlərinə təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə 80613018 saylı kodla onun və ailə üzvlərinin mülkiyyətində olan 0,97 ha torpaq sahəsindən çıxarılmaqla ona və ailə üzvlərinə təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsastları təsdiq edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddianı qəbul etməyərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İşə baxılması ilə əlaqədar İddiaçı 31 yanvar 2023-cü il tarixdə sorğu göndərilmiş və sorğuda iddiçıdan JN-108, kod 80613018 nömrəli Dövlət aktının və torpaq sahələrinin planı və ölçü sənədlərinin təsdiq olunmuş surətlərinin 07 mart 2023-cü il tarixə, saat 11-20yə kimi məhkəməyə təqdim edilməsi göstərilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməsinə baxmayaraq sorğuda tələb edilən Dövlət aktını, torpaq sahəsinin planı və ölçüsü sənədini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə 80613018 saylı kodla onun və ailə üzvlərinin mülkiyyətində olan 0,97 ha torpaq sahəsindən çıxarılmaqla ona və ailə üzvlərinə təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsini vermiş şəxslə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada tərəfə verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar