Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-37/2025 29.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə tərəflərin subyektiv tərkibinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, onun mülkiyyətinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.04 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində özünə yaşayış evi tikərək faktiki orada yaşayır. Lakin cavabdeh Cəlilabad rayon Günəşli kənd sakini Cavabdeh1 deməsinə görə digər şəxsdən orada həyətyanı torpaq sahəsi almasını əsas gətirərək qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolu bağlayaraq orada müvafiq tikinti işləri aparmışdır. Bundan əlavə digər cavabdehlər də yolu özlərinin torpaq sahəsi istiqamətində bağlamışlar. O, dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməyərək öz işlərini davam etdirmişlər. O, bu barədə hətta Cəlilabad Bələdiyyəsinə də müraciət etmişdir. Bələdiyyənin əməkdaşları da cavabdehə bu barədə xəbərdarlıq etsələr də, heç bir nəticə əldə edilməmişdir. Hansı ki, cavabdehlərin tutmuş olduğu torpaq sahəsindən kanalizasiya, su və digər kommunikasiya xətləri keçir. Həmin yoldan istifadə etmək onun (iddiaçının) subyektiv hüququna aid olduğu və gələcəkdə baş verə biləcək xoşa gəlməz hadisələrin (yanğın və s.) qarşısını almaq çətinlik törətdiyi üçün həmin yol açılmalı və orada olan hər bir tikili sökülməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, faktiki olaraq yaşadığı ünvan 1 ünvanın qonşuluğunda olan X3 11500 manat pul ödəməklə 0,06 ha torpaq sahəsini rəsmi qaydada satın alıb, öz adına rəsmişləşdirmişdir. Daşınmaz Əmlakın Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 29 iyul 2022-ci il tarixli, **********96 saylı çıxarış sənədi almışdır. Torpaq sahəsini aldıqdan sonra həmin idarədən göndərilmiş nümayəndənin göstərişi ilə torpağı çəpərləmişdir. Həmin torpaq sahəsi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, döngə 10 üvanında yerləşir, amma İddiaçı yaşadığı evi ünvan 2 ünvanında yerləşir. Tamam ayrı-ayrı küçələrdir. Əvvəllər aldığı həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmadığından iddiaçı tərəf oranı gediş-gəliş yolu kimi istifadə etmişdir. Lakin o, həmin torpaq sahəsini aldıqdan sonra ölçüləri üzrə çəpərləmişdir. Orada gediş-gəliş yolu mövcuddur, amma avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçı evinə gediş-gəliş yolu digər tərəfdən nəzərdə tutulmuşdur və həmin gediş-gəliş yolu iddiaçı tərəfdən istifadə edilir. O, qanunsuz olaraq gediş-gəliş yolunu, torpaq sahəsini zəbt etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, sözügedən torpaq sahəsinə gedən ictimai yolu zəbt etməmişdir. O, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Ona görə də iddianı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********34 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı adına ünvan 3 ünvanında 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 13 may 2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********75 reyestr nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 adına ünvan 4 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 20 sentyabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96 reyestr nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 adına Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 29 iyul 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********37-103001 reyestr nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında 0,0357 ha torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli 108,9 kv.metrlik evi vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli rəyin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 3-21-3-44/2-2109/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində çıxarışların yerləşmə vəziyyətinə görə İddiaçı **********34 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinə cənub-qərb istiqamətindən nəzərdə tutulmuş gediş-gəliş yolunun olduğu müəyyən edilmiş, İddiaçı **********34 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında qeydiyyata alınmış çıxarışların yerləşmə vəziyyətinə görə tələb etdiyi istiqamətdən gediş-gəliş yolu Cavabdeh2 **********675 reyetr nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin olduğu müəyyən olunmuş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Cavabdeh1 iddia olunan torpaq sahəsinin şimal-şərq istiqamətindən ümumi istifadəli yolun 15,56 kv.metr hissəsini dəmir profillə hasarlanmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddia edilən torpaq sahəsinin mübahisələndirilən hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmiş, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mübahisələndirilən torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh Bağırov X4 şəhər sakini X2 0,06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini çəpərə almışdır. İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ətrafında xəritə sxeminə əsasən bələdiyyə mülkiyyətində ümumi istifadədə olan yol mövcud olmuşdur. Lakin həmin yol, Cavabdeh1 çəpərə alması ilə qismən, 15,56 kv.m hissədə zəbt edilmişdir. Bununla da İddiaçı məxsus torpaq sahəsindən səmərəli istifadəsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilməməli, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə Cavabdeh1 çıxarılmalı, torpaq sahəsinə gediş-gəliş yolu açılmalı və iddiaçının yoldan istifadə hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə görə Cavabdeh1 95 manat alınaraq İddiaçı verilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə Cavabdeh1 çıxarılsın, torpaq sahəsinə gediş-gəliş yolu açılsın və iddiaçının yoldan istifadə hüququ bərpa edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə görə Cavabdeh1 95 (doxsan beş) manat alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-37/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-37/2025
29.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver