Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-388/2023 02.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 20*3-cü ilin may ayından Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində fəhlə işləmişdir. ** avqust 202*-ci il tarixdə işlədiyi Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham Əliyevin 238 saylı əmrinə əsasən, işdən azad edilmişdir. İşdən azad olunmağının səbəbi uzun müddət, yəni 03 mart 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi üzürsüz olaraq işə gəlməməsi səbəbi olmuşdur. Hazırda işə ehtiyacı vardır. Əmrin surətini 202*-ci ilin sentyabr ayında almışdır. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X7 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Gigiyena və X3 mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı dizinfektor vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq heç bir üzrlü səbəb olmadan müxtəlif taixlərdə, yəni 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə kimi, 05 aprel 202*-ci il tarixdən 30 aprel 202*-ci il tarixə kimi, 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə kimi, 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə kimi və 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmadığı üçün ** avqust 202*-ci il tarixdə Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İ.Əliyev tərəfindən işdən azad olunması barədə əmr imzalanmışdır. İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmri qanuni və əsaslı hesab edir. Əmrin surəti cavabdehə 24 sentyabr 202*-ci il tarixdə göndərilmişdir və cavabdeh əmək qanunvericiliyi ilə nəzərdə tutulan işə bərpa müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* mart 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İşdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 30 aprel 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 05 aprel 202*-ci il tarixdən 30 aprel 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İşdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* may 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İşdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 30 iyun 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İşdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* iyul 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İşdə olan məktubdan görünür ki, Cəlilabad rayonu Gigiyena və X* İttifaqı Komitəsinin idarə heyətinin *5.03.202*-ci tarixli iclasında qərara alınmışdır ki, heç bir üzürlü səbəb olmadan uzun müddət işə gəlmədiklərinə və bu halın çoxdandır ki, dəfələrlə təkrar olunduğuna görə, həm də bu halın digər işçilərə mənfi təsir göstərdiyini nəzərə alaraq, GEM rəhbərliyi tərəfindən İddiaçı və X6 barəsində hər hansı cəza tədbiri görülməsinə, hətta işdən azad edilməsinə HİK etiraz etməmişdir. İşdə olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*ci il tarixli, 238 saylı əmrindən çıxarışdan görünür ki, mərkəzin dezinfektoru İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, Cəlilabad rayonu GEM-nin Həmkarlar İttifaqı Komitəsinin *5.03.202*-ci il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi qərara alınmışdır. İşdə olan İddiaçı məxsus 043797 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində tutduğu dezinfektor vəzifəsindən azad edilmişdir. İşdə olan Azərpoçt MMC-nin 24.09.202*-ci il tarixli məxaric qəbzindən görünür ki, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı məxsus Əmək kitabçası və işdən azad olunması barədə əmr 24.09.202*-ci il tarixdə onun ünvanına göndərilmişdir. İşdə olan cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X7 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*-ci il tarixli, 238 saylı əmri və İddiaçı məxsus Əmək kitabçası 24.09.202*-ci il tarixdə İddiaçı ünvanına göndərilmiş, lakin İddiaçı *7.0*.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da İddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə, 05 aprel 202*ci il tarixdən 30 aprel 202*-ci il tarixə, 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə, 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə və 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmamış, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*-ci il tarixli, 238 saylı əmri ilə İddiaçı 03 mart 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmadığı üçün Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektor vəzifəsindən azad edilmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X7 ərizə verərək iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı Məmmədov X2 və əmrin surətini aldığı 202*-ci ilin mart ayından hazırki vaxtadək həmin əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. Həmçinin, İddiaçı 03 mart 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi üzürsüz olaraq işə çıxmaması səbəbindən də iddia əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Məmmədov X5 rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektor vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-388/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-388/2023
02.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver