Məhkəmə qərarları › İş №2(073)-39/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-39/2023

08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-39/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılmaqla təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılmaqla təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayon Göytəpə şəhəri ərazisindən ona və ailə üzvlərinə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-1800A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Cavabdeh həmin torpaq sahəsini zəbt edərək istifadə edir, onun (iddiaçının) və ailə üzvlərinin torpaq sahəsindən istifadə hüquqlarını pozur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh onun haqlı tələbini yerinə yetirməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavbadeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-1800A (kod ********) saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə X10, X3, X8, X4, X2, X1, X5, İddiaçı, X11, X6, X12 və X7 mülkiyyətinə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1776A (kod ********) saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə X17, X13, X15, Cavabdeh Hatəm oğlunun və X18 mülkiyyətinə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisindən 0.41 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-727/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı, X9 və X16 qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdehlər tərəfindən açılması, həmin yol üzərində basdırılmış dirəklərin və çəpərin sökülməsi tələbinə dair iddiası cavabdehlər X9 və X16 münasibətdə əsassız olduğundan təmin edilməmiş, iddia cavabdeh İddiaçı münasibətdə əsaslı olduğundan təmin edilərək, JN- 1776A nömrəli şəhadətnamə ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,41 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və həmin dalanda İddiaçı tərəfindən basdırılmış dirəklərin və çəkilmiş çəpərin cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1036 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-146/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin istifadəsində olan Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən 0.13 ha (JN-1800A saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.6 ha mülkiyyətində) həyətyanı torpaq sahəsinin Cavabdeh Hatəm oğlu tərəfindən zəbt edilmədiyi və iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikili inşa etdirilmədiyi müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin istifadəsində olan Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən 0.13 ha (JN- 1800A saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.6 ha mülkiyyətində) həyətyanı torpaq sahəsi cavabddeh Cavabdeh Hatəm oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən 0.41 ha (JN-1776A saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətindədir) torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə X10, X3, X8, X4, X2, X1, X5, İddiaçı, X11, X6, X12 və X7 mülkiyyətinə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 1800A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı Cavabdeh həmin torpaq sahəsini zəbt edərək həmin torpaqdan istifadə etmələrinə imkan vermədiyini iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən 20 ildən artıq müddətdir ki, zəbt edilərək, istifadə edildiyini və əkin işləri aparıldığını göstərsə də həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübatlarla təkzib edilmişdir. Belə ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən JN-1800A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılmaqla təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar