Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-4/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı ona məxsus olan 0,12 ha torpaq sahəsinin ətrafına qanunsuz olaraq Cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh tərəfindən son üç il ərzində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 0,12 ha torpaq sahəsinin ətrafına qanunsuz olaraq Cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh tərəfindən son üç il ərzində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmşidir. İşin məhkəmə iclası 15 mart 2024-cü il tarixə saat 10:15-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı ona məxsus olan 0,12 ha torpaq sahəsinin ətrafına qanunsuz olaraq Cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh tərəfindən son üç il ərzində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-4/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-4/2024
15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver