Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-404/2024 08.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01782 nömrəli barışıq sazişinin təsdiq edilərək, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 150 manat, iki uşağa görə 300 (üç yüz) manat alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs olan Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə faktiki olaraq evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Qismət və xx.xx.2017-ci il təvəllüdlü İsmayıl adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara münasibətdə Maraqlı şəxs Etibar oğlunun atalığı müəyyən edilmişdir. Xasiyyətləri düz gəlmədiyindən Maraqlı şəxsla ayrılmışlar və yetkinlik yaşına çatmayan uşaqları onun (ərizəçinin) yanında qalmışdır. Uşaqların saxlanılması üçün aliment tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01782 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs Etibar oğlu ilə birgə həyatlarından doğulmuş uşaqlarına görə Maraqlı şəxs tərəfindən hər ay hər uşağa 150 manat, iki uşağa görə 300 (üç yüz) manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs saziş imzalandığı vaxtdan bu günədək sazişi icra etməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2014-cü ildə Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci ildə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01782 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs Etibar oğlu 30 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 (üç yüz) manat alimenti Ərizəçi ödəməyi, birinci tərəf Ərizəçi hər həftənin bazar günü saat 10:00-dan 12:00-dək birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 ünsiyyət verməyə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. X8 barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi irzəyeva Təhminə Məmi qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01782 nömrəli barışıq sazişi xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək Maraqlı şəxs hər ay hər uşağa görə 150 manat, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məğləğində alimentin tutularaq Ərizəçi verilməsi və alimentin 30 avqust 2023-cü il tarixdən hesablanması hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-404/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-404/2024
08.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver