Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-471/2024 09.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Maraqlı şəxs Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 28 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02325 nömrəli barışıq sazişinə əsasən 26 yanvar 2017-ci il təvəllüdlü X7, 10 iyul 2018-ci il təvəllüdlü X6 və 19 mart 2023-cü il təvəllüdlü X1 onun himayəsində qalması və hər ay hər uşağa görə 100 manat alimentin ona ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirdi ki, maraqlı şəxs olan Maraqlı şəxs ilə rəsmi nikah olmadan ailə həyatı qurmuşlar və birgə yaşadıqları müddətdə 26 yanvar 2017-ci il təvəllüdlü X7, 10 iyul 2018-ci il təvəllüdlü X6 və 19 mart 2023-cü il təvəllüdlü X5 adında üç övladı olmuşdur. Ailə qurduqdan sonra münsibətləri qaydasında olsada sonradan ailə münasibətlərində problemlər olduğu üçün ayrılmışlar və o, uşaqları ilə birlikdə ayrı yaşayır. Bu səbəbdən o, aliment tələbi ilə Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilatın mediatoru tərəfindən 28 sentyabr 22023-cü il tarixli, MŞL/MT014/2023-02325 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişə əsasən 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 onun himayəsində qalması və hər ay hər uşağa görə 100 manat aliment müəyyən olunması barədə razılığa gəlmişlər. Lakin Ülvin alimentin ödənilməsinə dair öz üzərinə öhdəlik götürsə də, öhdəliyini pozaraq barışıq sazişini icra etmir. Bu səbəbdən də, qeyd edilənlərə əsasən mediasiya tərəfindən təsdiq edilmiş 28 sentyabr 2023-cü il tarixli, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi etiraf edərək verdiyi izahatında bildirdi ki, Ərizəçi ilə ailə həyatı qurmuşlar. Onların birgə yaşadıqları müddətdə 26 yanvar 2017-ci il təvəllüdlü X7, 10 iyul 2018-ci il təvəllüdlü X6 və 19 mart 2023-cü il təvəllüdlü X5 adında üç uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuş ayrılmışlar. Ərizəçi uşaqları ilə birlikdə ayrı yaşayır. Ərizəçi alimentlə bağlı Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Aralarında olan razılığa əsaən həmin təşkilat tərəfindən 28 sentyabr 22023-cü il tarixli, MŞL/MT014/2023- 02325 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 Ərizəçi himayəsində qalmaları və hər ay hər uşağa görə 100 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin hazırda iş yeri olmadığından işləyə bilmir və bu səbəbdən də aliment pulunu ödəyə bilməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edərək, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan AZ-İİİ 906509 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 yanvar 2017-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İ 328809 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 26 yanvar 2017-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. İşdə olan AZ-İV 934660 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 iyul 2018-ci il tarixdə doğulmuşdur və işdə olan AZ-İ 465811 saylı atalığın müəyyən edilməsi şəhadətnaməsinin surətindən görünür ki, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İ 465811 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 10 iyul 2018-ci il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan AZ-İV 861930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 sentyabr 2023-cü il tarixdə doğulmuşdur və işdə olan AZ-İ 455490 saylı atalığın müəyyən edilməsi şəhadətnaməsinin surətindən görünür ki, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İ 455490 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 19 sentyabr 2023-cü il tarixdə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. İşdə olan 28 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02325 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə uşaqların ananın yanında saxlanılması və aliment mübahisəsinə Lənkəran 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs ilə faktiki nikahlarından doğulmuş 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 analarının himayəsində qalmasına razılaşmışlar, ikinci tərəf Maraqlı şəxs 26 yanvar 2017ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat alimenti 2023-cü ilin oktyabr ayından başlayaraq birinci tərəf Ərizəçi hər ayın 28-də nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi nikah olmadan ailə qurmuşlar. Onların birgə nikahından 26 yanvar 2017-ci il təvəllüdlü X7, 10 iyul 2018-ci il təvəllüdlü X6 və 19 mart 2023-cü il təvəllüdlü X5 adlı üç uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında Ərizəçi kömək etmədiyindən, Ərizəçi alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 28 sentyabr 2023-cü il tarixdə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində MŞL/MT014/2023-02325 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 analarının himayəsində qalmasına razılaşmışlar, ikinci tərəf Maraqlı şəxs 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 28 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02325 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 26 yanvar 2017-ci il təvəllüdlü X7, 10 iyul 2018-ci il təvəllüdlü X6, 19 mart 2023-cü il təvəllüdlü X1 anaları Ərizəçi yanında saxlanılmaları müəyyən edilməli və 2023-cü ilin oktyabr ayından başlayaraq həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər bir uşağa görə 100 manat olmaqla, üç uşağa görə cəmi 300 manat aliment alınıb Ərizəçi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 28 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02325 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 anaları Ərizəçi yanında saxlanılmaları müəyyən edilsin. 2023-cü ilin oktyabr ayından başlayaraq 26 yanvar 2017-ci il təvəllüdlü X3, 10 iyul 2018-ci il təvəllüdlü X2 və 19 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla, üç uşağa görə cəmi 300 (üç yüz) manat aliment alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-471/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-471/2024
09.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver