Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-63/2023 19.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavbadeh Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavbadeh Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 sentyabr 2005-ci il tarixli, 12 saylı kredit müqaviləsi üzrə 1845.00 ABŞ dolları əsas, 5779.89 ABŞ dolları faiz borcu, cəmi 7624.89 (yeddi min altı yüz iyirmi dörd dollar səksən doqquz sent) ABŞ dolları borcun və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.m, əsas sahəsi 21 kv.m, köməkçi sahəsi 11 kv.m olan 2 otaqlı mənzilə yönəltməklə, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması hesabına borcun və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə, mənzil hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzilə sahiblik və istifadə hüququna xitam verilməklə, həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 ərizə verərək, işə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu tam şəkildə iddiaçı Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavbadeh Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu tam şəkildə iddiaçı Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-63/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-63/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver