Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-649/2024 26.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi, Maraqlı şəxs Xalid oğlunun iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00061 nömrəli barışıq sazişinin təsdiq edilməsinə, Maraqlı şəxs Xalid oğlundan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəlüddlü X6, xx.xx.2021-ci il təvəlüddlü X3 və xx.xx.2023-cü il təvəlüddlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 70 manat, beş uşağa görə 350 (üç yüz əlli) manat alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, maraqlı şəxs olan Maraqlı şəxs Xalid oğlu ilə xx.xx.2004-cü ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2005-ci il təvəlüddlü İsmayıl, xx.xx.2007-ci il təvəllüdlü Aysel, xx.xx.2011-ci il təvəllüdlü Mehrac, xx.xx.2013-cü il təvəlüddlü Əli, xx.xx.2021-ci il təvəlüddlü Hüseyn və xx.xx.2023-cü il təvəlüddlü Vaqif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Birgə nikahlarından doğulmuş uşaqları onun (ərizəçinin) yanında qalmışdır. Uşaqların onun (ərizəçinin) yanında saxlanması və həmin uşaqlara görə alimentin tutulması barədə Maraqlı şəxs Xalid oğlu ilə aralarında barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən Maraqlı şəxs 01 yanvar 2024-cü ildən hər ay hər uşağa görə 70 manat, beş uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin icrasından yayınmışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Xalid oğlu verdiyi izahatında göstərmişdir ki, ərizəçi ilə xx.xx.2004-cü ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2005-ci il təvəlüddlü İsmayıl, xx.xx.2007-ci il təvəllüdlü Aysel, xx.xx.2011-ci il təvəllüdlü Mehrac, xx.xx.2013-cü il təvəlüddlü Əli, xx.xx.2021-ci il təvəlüddlü Hüseyn və xx.xx.2023-cü il təvəlüddlü Vaqif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Birgə nikahlarından doğulmuş uşaqları ərizəçinin yanında qalmışdır. Uşaqların ərizəçinin yanında saxlanması və həmin uşaqlara görə alimentin tutulması barədə ərizəçi ilə aralarında barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən 01 yanvar 2024-cü ildən hər ay hər uşağa görə 70 manat, beş uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Cəlilabad rayon Kövüzbulaq kənd İƏDÜ nümayəndilik tərəfindən verilmiş xx.xx.2010-cu il il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi 15 yanvar 2010-cu ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Cəlilabad rayon Kövüzbulaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 iyul 2007-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 iyun 2011-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon Kövüzbulaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 fevral 2013-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 sentyabr 2021-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 fevral 2023-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00061 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs Xalid oğlu 01 yanvar 2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 70 manat, beş uşağa cəmi 350 (üç yüz əlli) manat məbləğində alimenti Ərizəçi ödəməsinə dair öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs Xalid oğlu barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Xalid oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00061 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilsin. 01 yanvar 2024-cü ildən başlayaraq Maraqlı şəxs Xalid oğlundan 23 iyul 2007-ci il təvəllüdlü X4, 28 iyun 2011-ci il təvəllüdlü X2, 18 fevral 2013-cü il təvəlüddlü X6, 09 sentyabr 2021-ci il təvəlüddlü X3 və 12 fevral 2023-cü il təvəlüddlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-649/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-649/2024
26.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver