Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-651/2024 26.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 saylı barışıq sazişinin təsdiq edilməsi, 17 dekabr 2012-ci il təvəllüdlü X1, 27 noyabr 2015-ci il təvəllüdlü X3 və 07 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat olmaqla, üç uşağa görə 270 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, 03 mart 2012-ci il tarixdə Maraqlı şəxs el adətinə uyğun toy edib ailə qurmuşlar, nikahlarını isə 12 may 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 17 dekabr 2012-ci il təvəllüdlü X1, 27 noyabr 2015-ci il təvəllüdlü X3 və 07 dekabr 2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. O, Maraqlı şəxslə əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs onlara baxmadığı üçün və uşaqlarının maddi cəhətdən tələbatlarını ödəmədiyindən o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxslə aralarında 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 saylı barışıq sazişi bağlamışlar. Lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən tam icra edilməmişdir. Sonda ərizəçi qeyd edilənlərə əsasən Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 saylı barışıq sazişinin təsdiq edilməsi, 17 dekabr 2012-ci il təvəllüdlü X1, 27 noyabr 2015-ci il təvəllüdlü X3 və 07 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat olmaqla, üç uşağa görə 270 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 287860 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 dekabr 2012-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İİİ 015162 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 noyabr 2015-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İV 822580 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 dekabr 2022-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə nikahın pozulması və aliment mübahisəsinə Lənkəran 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs ilə aralarında 12 may 2014-cü il tarixdə bağlanmış nikahın davam etdirilməsinə razı olmamışlar, tərəflərin birgə nikahından doğulmuş 17 dekabr 2012-ci il təvəllüdlü X4, 27 noyabr 2015-ci il təvəllüdlü X6 və 07 dekabr 2022-ci il təvəllüdlü X5 anaları Ərizəçi yanında saxlanılmasına razılaşmışlar, ikinci tərəf Maraqlı şəxs 17 dekabr 2012-ci il təvəllüdlü X4, 27 noyabr 2015-ci il təvəllüdlü X6 və 07 dekabr 2022-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat aliment pulunu birinci tərəf Ərizəçi hər ayın 01-də nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi ailə qurmuşlar. Onların birgə nikahından 17 dekabr 2012-ci il təvəllüdlü X4, 27 noyabr 2015-ci il tarixdə X6 və 07 dekabr 2022-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 22 dekabr 2023cü il tarixdə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində MŞL/MT014/2023-/MŞL03039 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 90 manat olmaqla, üç uşağa görə cəmi 270 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 17 dekabr 2012-ci il təvəllüdlü X1, 27 noyabr 2015-ci il təvəllüdlü X3 və 07 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay bir uşağa görə 90 manat olmaqla, üç uşağa görə cəmi 270 manat aliment alınıb Ərizəçi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 22 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL03039 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 17 dekabr 2012-ci il təvəllüdlü X1, 27 noyabr 2015-ci il təvəllüdlü X3 və 07 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, üç uşağa görə cəmi 270 (iki yüz yetmiş) manat aliment alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-651/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-651/2024
26.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver