Məhkəmə qərarları › İş №2(073)-664/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-664/2024

28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-664/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1969-cu ildə doğulmuş X3 və xx.xx.1972-ci ildə doğulmuş X7 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum qardaşları xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.1995-ci ildə Bakı şəhərində, xx.xx.1972-ci il təvəllüdlü X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum qardaşı X11 5 saylı cəzaçəkmə müəissəsindən müalicə olunmaq üçün Bakı şəhərində yerləşən müalicə müəssisəsinə keçirilmiş, müalicə olunsa da xx.xx.1995-ci ildə vəfat etmişdir. Həmin vaxt qardaşının cənazəsini gətirmək imkanları olmadığından qardaşı Balafər Həsənov müalicə müəssisəsi tərəfindən “Qurd Qapısı” adlanan qəbristanlıqda dəfn edilmişdir. Digər qardaşı X16 isə Rusiya Federasiyasında vəfat etmiş və onun cənazəsini Azərbaycana gətirərək, Cəlilabad rayonunun Adnalı kənd qəbristalığında dəfn etmişlər. Qardaşları vəfat etdikləri vaxt onların ölüm akt qeydi aparılmamışdır. Qardaşılarına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə qardaşlarının ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ona (ərizəçiyə) mərhum qardaşlarından miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin Yaşar, Zaman, İsgəndər, Əyyub, Balafər adlı qardaşları olmuşdur. Balafər 1995-ci ildə vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur. Ərizəçinin Zaman adlı qardaşı isə 2000-ci ildə Rusiya Federasiyasında vəfat etmiş və Cəlilabad rayonunun Adnalı kənd qəbristalığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 şahid X8 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1969-cu ildə doğulmuş X3 və xx.xx.1972-ci ildə doğulmuş X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Onların ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onların ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının İcrası Baş İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2001-ci il tarixli 17/1-2054 saylı məktubdan görünür ki, X9 oğlu B.M.Həsənov xx.xx.1995-ci ildə 5 saylı cəzaçəkmə müəsissəsindən müalicə olunmaq üçün Bakı şəhərində yerləşən Müalicə Müəssisəsinə keçirilmiş, xəstədə “Ağ ciyərin infiltrativ vərəmi” aşkar edilmiş və o 3-cü vərəm şöbəsinə keçirilmişdir. Müalicəyə baxmayaraq B.M.Həsənov xx.xx.1995-ci ildə vəfat etmişdir. B.Həsənovun şəxsi işində valideyinlərinin yaşadığı ünvan Cəlilabad rayonu Adnalı kəndi göstərildiyindən xx.xx.1995-ci il tarixdə həmin ünvana teleqram vurulmuş, lakin yaxın qohumlarından meyiti aparmağa heç kim gəlmədiyindən meyit müəssisə rəhbərliyi tərəfindən xx.xx.1995-ci il tarixində “Qurd Qapısı”deyilən qəbristanlıqda 18-ci cərgədə 24-cü qəbrdə dəfn edilmişdir. İşdə olan Cəlilbad rayon Şiləvəngə kənd soveti tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1969-cu ildə doğulmuşdur, atası X1, anası X13r. İşdə olan Cəlilbad rayon Şiləvəngə kənd soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1972 ildə doğulmuşdur, atası X5, anası X14r. İşdə olan Cəlilbad rayon İHB Cəlilabad rayonu Şiləvəngə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X11 xx.xx.1969-cu ildə Cəlilabad rayonunun Adnalı kəndində doğulmuşdur. xx.xx.1995-ci ildə 5 saylı cəzaçəkmə müəissəsindən müalicə olunmaq üçün Bakı şəhərində yerləşən Müalicə Müəssisəsinə keçirilmişdir. “Ağ ciyərin infiltrativ vərəmi” diaqnozu qoyulmuş və 3-cü vərəm şöbəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə vəfat etmişdir. Qeydiyyatda olduğu Cəlilabad rayonu Adnalı kəndində yaşayan ailəsinə teleqram vurulmuş, lakin ailəsi meyitin arxasınca getmədiyindən xx.xx.1995-ci il tarixində “Qurd Qapısı”deyilən qəbristanlıqda 18-ci cərgədə 24-cü qəbrdə dəfn edilmişdir. (əsas: AZ N1506708 saylı doğum haqqında şəhadətnamə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının İcrası Baş İdarəsinin xx.xx.2001-ci il tarixli 17/1-2054 saylı məktubu) İşdə olan Cəlilbad rayon İHB Cəlilabad rayonu Şiləvəngə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X16 xx.xx.1972-ci ildə Cəlilabad rayonunun Adnalı kəndində doğulmuş, xx.xx.2000-ci vəfat etmiş və Cəlilabad rayonunun Adnalı kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X7 ölüm tarixi kimi xx.xx.2000-ci il göstərilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********6451 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonun Adnalı kəndində yerləşən 1.4795 ha torpaq sahəsi Ərizəçi, X2, X4, X9, X10, X3 və X7 ümumi birgə mukiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum qardaşları xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.1995-ci ildə Bakı şəhərində, xx.xx.1972-ci il təvəllüdlü X16 isə xx.xx.2000-ci ildə Rusiya Federasiyasında olmuşlər. Həmin vaxt ərizəçinin mərhum qardaşlarının ölümü barədə akt qeydi aparılmamışdır. Ərizəçi qardaşlarına ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onların ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktını müəyyən edilməsi ərizəçiyə qardaşlarından miras qalmış torpaq sahəsinə qnun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.1995-ci ildə Bakı şəhərində və xx.xx.1972-ci il təvəllüdlü X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar