Məhkəmə qərarları › İş №2(073)-670/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-670/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-670/2023 02.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X1 11 sentyabr 2009-cu ildə Cəlilabad rayonunun Mirzəli kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ərizəçinin bacısı X4 25 yanvar 1975-ci ildə Cəlilabad rayonunun Mirzəli kəndində doğulmuş, 11 sentyabr 2009-cu ildə vəfat etmişdir. Onu Cəlilabad rayonunun Mirzəli kənd qəbirstanlığında dəfn etmişlər. Ərizəçinin bacısı vəfat etdikdən sonra başları yas mərasiminə qarışdığından ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynatasıdır. Ərizəçinin bacısı X4 25 yanvar 1975-ci ildə Cəlilabad rayonunun Mirzəli kəndində doğulmuş, 11 sentyabr 2009-cu ildə vəfat etmişdir. Onu Cəlilabad rayonunun Mirzəli kənd qəbirstanlığında dəfn etmişlər. Ərizəçinin bacısı vəfat etdikdən sonra başları yas mərasiminə qarışdığından ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Cəlilibad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 25 yanvar 1975-ci ildə Cəlilabad rayonunun Mirzəli kəndində doğulmuşdur, atası X7, bacısı X8r. İşdə olan Cəlilabad rayonu İHB Cəlayir kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Ərizəçi bacısı 25 yanvar 1975-ci il təvəllüdlü X4 11 sentyabr 2009-cu ildə vəfat etmiş və Cəlilabad rayonunun Mirzəli kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Cəlilibad rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 12/488 saylı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi 11 sentyabr 2009-cu il kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 11 sentyabr 2009-cu ildə vəfat etmiş və Cəlilabad rayonunun Mirzəli kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt yas mərasiminə başı qarışıq olduğundan ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmiş və ölüm akt qeydi aparılmamışdır. Ərizəçi bacısına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, 25 yanvar 1975-ci il tarixdə doğulmuş X2 11 sentyabr 2009-cu ildə Cəlilabad rayonu Mirzəli kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 yanvar 1975-ci il tarixdə doğulmuş X2 11 sentyabr 2009-cu ildə Cəlilabad rayonunun Mirzəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar